Cavab:

Buna tərki-övla – yaxşı bir işin tərk edilməsi deylir. Peyğəmbərlər üçün yaxşı işi tərk etmək də qınaq gətirir, amma bu günah deyil.

 

Sual:

(4 imamlarin qeybden xeberdar olmasina deli var qurandan?

Cavab:

Quran hidayət kitabı, doğru yolu göstərən kitabdır. Doğru yol göstərilməsi ilə əlaqəli olmayan bir çox mövzular Quranda öz əksini tapmayıb. Amma imamət məqamı haqqında ayələr var və bu barədə məlumat əldə etmək üçün təfsirə müraciət edilməlidir.

 

Sual:

(5 Es-selamu aleykum. Zehmet olmasa, lenetlik muaviye ile Imam Hesen(e) arasinda baglanmish muqavilenin shertlerini mene yazardiniz. ALLAH Sizden razi olsun.

Cavab:

İmam Həsən (ə) və Müaviyə arasında bağlanmış sülh müqaviləsi beş əsas bənddən ibarətdir:

 

1.Müaviyə höküməti Quran qayda-qanunu və Peyğəmbərin (s) sünnəsi əsasında idarə etməlidir;

 

2.Müaviyənin özündən sonra canişin təyin etməyə haqq yoxdur.Müaviyədən sonra hakimiyyət mənə (İmam Həsənə(ə) ) çatmalı, yox əgər başıma bir iş gələrsə, qardaşım Hüseynə (ə) həvalə edilməlidir;

 

3. Namaz qılarkən atam Əliyə (ə) hörmətsizliyin, lənətin və s.qarşısı alınmalı və O, xoş xatirələrlə yad edilməlidir;

 

4.Kufə şəhərinin büdcəsindən beş milyon dirhəm Müaviyə hakimiyyətinə verilməkdən imtina edilsin.Həmin pul mənim lazımı yerlərə istifadə edəcəyim üçün tam ixtiyarımda qoyulsun.Dövlət xərcləri üçün nəzərdə tutulan payda Bəni haşim(Haşim övladları) Bəni üməyyədən ( Üməyyə övladları) üstün tutulsun və eləcə də Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələrinə verilsin;

 

5.Müaviyyənin hakimiyyəti dövründə miliyyətindən aslı olmayaraq heç kim təqib və əzaba məruz qalmamasın deyə zəmanət verilməli, vaxtı ilə Müaviyəyə  qarşı fəaliyyət göstərdiklərinə görə onlara qarşı kin-küdurət saxlanılmamalı və cəza verilməməlidir.Əli (ə) şiələrinin canı və malına  hörmət edilməli, təqib və əziyyətlərə məruz qoymamalı, haqlarını özlərinə qaytarmalı bir sözlə beytul mal onların özlərində qalmalıdır. Həmçinin, Peyğəmbərin (s) ailə və övladlarının tam təhlükəsizliyi təmin edilməlidir.

 

 

 

 

haqyolu.com


more post like this