Cavab: İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms düşmür.

Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona xüms düşür.

Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.

Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda xümsü verilməlidir.

Sual: 30. Şiə olan, lakin malının xümsünü ödəməyən şəxsin verdiyi hədiyyənin xümsünü verməliyəmmi?

Cavab: (Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rəyi: Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacibdir.

Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacib deyil.

Sual: 31. Xüms hökmünü qəbul etməyən bir kəs (qeyri-şiə məzhəb və din ardıcılları kimi) mənə hədiyyə verir. Onun xümsünü verməliyəmmi?

Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr.

Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms gəldikdə zərurət halında ondan istifadə etmək olar.

Sual: 32. Sovqata xüms düşürmü?

Cavab: İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.

Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazil və Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona xüms düşmür.

Qeyd: Sovqat hədiyyə hökmündədir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this