Cavab: Qurani- Kərim tarix, əfsanə və lüğət kitabı deyildir ki, orada bütün peyğəmbərlərin tarixçələrini, adlarını və yaşayış tərzlərini arayıb axtaraq. [3673]

Əksinə Quran insanları hidayət edən, nəfsi saflaşdıran, [3674]  insanlar üçün təlim-tərbiyə göstəricisi oan ilahi bir kitabdır.

Qurani-Kərimin bu hədəfi bir çox peyğəmbərlərin adlarının çəkilməməsi üçün əsas səbəbidir. Bəzi peyğəmbərlərin adlarının və həyat tərzlərinin Quranda qeyd olunması, onların tarixləri ilə tanış olmağımız üçün deyil, əksinə onların müsibətlərindən və qövmlərinin axır-aqibətlərindən ibrət almağımız üçüdür. Əgər adları Quranda gəlməyən peyğəmbərlərin həyatından bizim üçün daha faydalı mətləblər olsaydı Quran onu mütləq qeyd edərdi.

Başqa sözlə desək Qurani-Kərim insanların təlim-tərbiyəsi, həmçinin İlahi əmrlərin insanların qəlbində daha əsaslı və möhkəm yer tapması üçün tarixin hikmətli və ibrətamiz hissələrindən (epizodlarından) istifadə etmişdir. Bir sözlə Qurani-Kərim heç vaxt tarix ensklopediya kitabı məqsədi ilə yazılmamışdır. Misal üçün; Həzrət Musanın (ə) adı Quranın 28 surəsində və yüzdən çox çəkilmişdir. Amma o mətləblər heç vaxt tarix ünvanında qeyd olunmamışdır. Qurani-Kərim heç bir peyğəmbər haqqında tarix qeyd etməmişdir. (onların dünyaya gəlməsi, vəfatı və sair..) amma həzrət Musanın (ə) və digər peyğəmbərlərin həyatında olan bütün ibrətamiz və faydalı mətləbləri gətirmişdir. Həmçinin Quran nazil olan zamanda (Quranın əsrində) insanların savadsızlığı, başqa yaxın və uzaq qövmlərdən, o cümlədən onların həyat tərzlərindən və peyğəmbərlərindən xəbərsiz olmaları bir çox peyğəmbərlərin adlarının Quranda gəlməməsinə səbəb ola bilər.

[3673]  Bəsairud- dərəcat, səhifə 121; əl-Xisal, səhifə 300 və 641 (mənqul əz rah rahşenasi səhifə 17); biharul- ənvar, cild 11, səhifə 30, 32 və 41

[3674]  Cavad Amuli, Abdullah, təfsir təsnim, cild 1, shifə 48

 

NUR-AZ.COM

 

 

 


more post like this