Cavab: İmam (r), Xamenei, Fazil, Sistani və Məkarim: Banka köçürülmüş pul iş qazancından olarsa xüms düşür. Lakin xümsü ödəmək (hətta hissə-hissə) yaşayışını idarə edə bilməməsinə səbəb olarsa, xüms düşmür.

Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms düşmür. Lakin ehtiyacdan artıq qalan miqdarın xümsü verilməlidir.

Safi və Vəhid: Banka köçürülmüş pul iş qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışıq xərcini ödəyə bilməzsə şəri hakimə ödəyib sonradan borc götürə bilər.

Qeyd 1. Banka köçürülmüş puldan əldə edilən qazanca xüms düşür.

Qeyd 2. Banka köçürülmüş pul bir növ sərmayədarlıq hesab olunur.

Qeyd 3. Banka köçürülmüş pul hədiyyə və bu kimi yollarla əldə olunduqda əsas hökmü daşıyır. (Hədiyyə bölməsinə müraciət edin)

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this