Cavab: Bu sualın cavabında onu qeyd etmək lazımdır ki, əsasən surələrin tərtib və nəzminini müctehidin ictihadına o qədər də təsiri yoxdur. Quranda elə bir məsələ yoxdur ki, o surələrin tərtibindən ələ gəlmiş olsun. Həmçinin, mənaları bir-biri ilə uyğun olmayan ayələrin də tərtiblə düzülməməsinin fiqh hökmündə dəxaləti yoxdur. Bu cəhətdən, öz kəlami mənşəində bu iki mətləbin isbatına[3670]ehtiyac yoxdur.

Fəqih üçün ictihadda ən mühüm məsələ, Quranın möhtəvasının, ayələrin və tək-tək kəlmələrin bir-birilə bağlı olub ilahi vəhy olmasıdır.[3671] Bu da Quranın bəlağət və fəsahət möcüzəsi ilə isbat olunur. Çünki, bəlağət təkcə kəlməyə yox, həm kəlmə, həm də mənaya aid olur. Əsasən, möhtəvanın və kəlmələrin səhih və bağlı olmadığı halətdə fəsahət və bəlağətidən söz açmağın mənası yoxdur.

Başqa tərəfdən hansısa bir ayənin digərinin yerində yazılması və bununla da ayələrin möhtəvasının aradan getməsi ehtimalı müctehidin nəzərinə görə Quranda baş verməmişdir. Çünki, yerində qeyd olunmuş dəlillərə əsasən Quran hər bir təhrif və dəyişiklikdən uzaqdır.

Hər halda, əgər müctehid ehtimal versə ki, hansısa ayə öz yerində yazılmamış və hansısa ayə ilə əvəz olunmaqla mənaya da təsir qoyubsa, o zaman fəqih iddia edə bilməz ki, mənim vəzifəm yalnız Quranın zahirinə əsaslanmaqdır. Ən azı buna görə ki, belə ehtimallar Quranın zahirinin bizim üçün dəlil olmasını sual altına alır. Bu cəhətdən, Quranın kəlmələrinin, ayələri təşkil edən tərkiblərinin, hansısa möhtəvasının buna görə dəyişməsi və bunların Allahdan qeyrisi tərəfindən olması əslində, Quranın təhrif olunmasına dəlalət edərdi ki, bu da əvvəldə qeyd olunduğu kimi baş verməmişdir. Beləlikə, Quranın Allah-taaala tərəfindən nazil olmasını əql vasitəsi ilə də isbat etmək olar. Baxmayaraq ki, Quranın təhrifdən uzaq olmasını başqa yollarla da isbat etmək mümkündür.

Beləliklə, Quranın kəlmə və tərkiblərinin, hətta məcmuə və möhtəvasının da Allahdan qeyrisi tərəfindən olması ehtimalı belə Quranı höccət (dəlil) olmasından salır. Bəlkə də, bəzilərinin Quranın zahiri xəbərlərinin höccət olmasını hesab etməyənlərin dəlillərindən biri Quranın ayə və surələrinin yerlərinin dəyişdirilməsini qəbul etmələridir. Onların işində ən böyük səhv ondan ibarətdir ki, belə fikirləşirlər ki, Quranı kənara qoymaqla dini hifz edirlər, lakin onlar bu işləri ilə dinin ən böyük sənədini və ya əslində, bütün dini sual altına aparırlar.[3672]

[3670]  Qeyd olunan məsələnin mənası bu deyil ki, Quranın İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zamanında cəm olunmasını isbat etmək olmaz. Bəlkə də məslə budur ki, bu mövzunun fəqihin ictihadında kəlami bəhslərində rolu yoxdur. Həmçinin, əvvəldə qeyd olundu ki, şiə alimlərinin əksəriyyətinin rəyi budur ki, dəlillər nişan verir ki, Quran, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) zamanında cəm və tənzim olunmuşdur. Bundan əlavə, əgər ayə və surələrin tərtibində hansısa mühüm məsələyə rast gəlsək də, tənzimin pozulması ilə o məsələ əldən gedər (surə və ayələrində meydana gələcək ədəd möcüzəsi kimi bir məsələ) və ya bütün bu tərtib və tənzimlərin nəticəsində xüsusi bir bağlılıq ələ gəlir. Bu məsələnin də isbatına görə tarixi dəlilə ehtiyac yoxdur, bəlkə əql hökm edir ki, bütün bu tərtib və nəzmlər ilahi vəhy vasitəsi ilə vücuda gəlmişdir.

[3671]  Ayələrin ilahi vəhy olmasından əlavə, bir-birilə bağlı olub, “qərineyi siyaq” (ümumi möhtəvadan ələ gələn məna) qanunu alimlər arasında ixtilaflı məsələdir.

[3672]  Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix-1377 şəmsi ili. Səh-56-57.

 

NUR-AZ.COM

 

 


more post like this