Cavab: Bu sualın cavabında xülasə şəkildə aşağıdakıları qeyd etmək olar:

1) Qurani-kərim, dini rəyi ələ gətirməkdən ötrü ən mühüm və şərif bir mənbədir.

2) Qurandan bəhrələnməyin yalnız iki əsas qanuna riayət etməklə etibarı vardır: a) məsələnin əsl ayədə höciyyət (dəlil kimi) olmasına və b) Quran ayəsinin dəlil kimi höccət olaraq bu mənaya dəlalət etməsini isbat etmək.

3) Fəqihin Quranda istifadə etdiyi əsas qanun iki dəstədir; ayənin əsl oxunuşu və onun nəyə dəlalət etməsi.

4) Quranın ayələrinin əslində həqiqət olmasının qanunları bunlardır:

A) Quran Allah-taala tərəfindən nazil olmuşdur.

B) Quran hər cür təhrif, əlavə və naqislikdən uzaqdır.

Q) Vəhy hər cür xətadan uzaqdır.

D) İslam Peyğəmbəri (səllallahu ələyhi və alihi və səlləm) istər vəhyi almaqda və istərsə də onu yaymaqda hər cür qəsdən və səhvən olan xətalardan uzaqdır.

5) Quranın dəlalət etməsinin əsaslərı bunlardır:

A) Allah-taala Quranın kəlmələrindən xüsusi mənaları nəzərdə tutmuşdur.

B) İlahi iradənin bəyanında, ən azı cüzi hökmlərdə ümumi qanun və ağlın qəbul etdiyi yoldan kənara çıxmamış və bu cür bəyanlarda təmsil və rəmzlərdən istifadə olunmamışdır.

Ç) Fiqhi ayələrin nazil olması zamanı əql baxımından ayənin mənasını anlamına görə şəraitlər nəzərə alınmışdır.

Q) İlahi hökmlər bütün dünyaya aiddir. Xüsusi zaman və məkanla məhdudulanmamışdır. Yalnız, o ayələr istisna olunur ki, artıq nəsx olmuş (hökm müddəti sona çatmış) və ya hökmün dəyişməsi isbat olunmuşdur.

Daha geniş cavab

Bütün islam firqələri və məzhəblərinin etiqadı budur ki, İslamda Quran ilk və ən mühüm mənbədir. Hamı bu məsələyə etiraf edir ki, dinin və şəriətin müxtəlif səhələrində ilk rəyi ələ gətirməkdən ötrü ona müraciət etmək lazımdır. Quran İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) əbədi möcüzəsi və keçmiş səmavi kitabların təsdiq edənidir. Əslində, bu nəzərlə Qurani-kərimdən istifadə etməyin iki əsas qanunu hamı tərəfindən qəbul olunur:

1) Quran, insandan ötrü ilahi sənəd və Allahın dəlilidir. Bu gün əlimizdə olan “Quran” adlı müqəddəs kitab həmən Qurandır ki, Allah-taala tərəfindən nazil olmuş və bütün tarix boyu istər qəsdən, istərsə də səhvən Allahdan qeyrisinin nüfuzu olmamış və təhrif olunmamışdır.

2) Quranın sözü ələ gəlimlidir və dinin rəyini öyrənməkdən ötrü ona müraciət etmək olar. Yəni, Quranın Allah-taala tərəfindən bizim üçün höccət olmasından əlavə, dəlaləti də (yəni, hər hansı məsələnin sübutu üçün dəlili də) vardır.

Beləliklə, fəqih şəriət hökmünü ələ gətirməkdən ötrü Quranı əsas ictihad mənşəyi kimi qərar verir və fiqhi hökümü ələ gətirməkdən ötrü Quranın sorağına getməzdən əvvəl, Quranın bir qisminin şəri məsələlərdə köklü mənbə kimi bəyan etməsinə, digər qismini isə ayələrin bu məsələlərə dəlalət etməsini zehnində qəbul edir. Çünki, əgər fəqih bu yolda hər iki əsas mənşəyə (bəyan və dəlalət) zərrə qədər şəkk və şübhə ilə yanaşsa, onda öz ələ gətirdiyi şəriət hökmünü Quran və vəhylə əsaslandıra və bu hökmü Allaha və dinə nisbət verə bilməz.

Quranın bəyan olunması mənşəyi bunlardır:

1) Hər şeydən əvvəl fəqih qəbul edir ki, Qurani-Kərim Allah-taala tərəfindən nazil olmuşdur. Çünki, əgər Quran Allah tərəfindən olmasa, fəqihin dini və şəri məsələni ələ gətirməkdən ötrü ona müraciət etməsinin heç bir mənası olmaz. Əgər Quranın Allah-taala tərəfindən olmasını deyiriksə, o bu mənadadır ki:

A) Quranda olan sözlər, kəlmələr və cümlələr Allah-taala tərfindən deyilib. Yəni, sözlər, kəlmələr, cümlə və cümlə quruluşları vəhy vasitəsi ilə Allah-taala tərəfindəndir.

B) Ayələrin ardıcıl düzülərək bir surə əmələ gətirməsi, qaydası və surələrin tərtiblə gəlməsi və tam Quranı təşkil etməsi, hamısı vəhy vasitəsilə olunmuşdur.

2) Fəqih qəbul edir ki, hazırda əlimizdə olan Quran İslamın ilk günlərində olan həmin Qurandır və onda olan ayələr toplusu ilahi vəhy vasitəsi ilə cəm olunmuş Qurandır. Yəni, bu məcmuədən nə bir şey əskilmiş və nə də artırılmışdır. Həmin səbəbdən həmin əsas, həm Quranın təhrif məsələsində və həm də Quranın dəfələrlə bütün əsrlərdə eyni mətnlə nəql olunması mövzusunda əsl kimi götürülür.

3) Fəqih, vəhyin hər bir xətadan uzaq olmasını qəbul edir. Yəni, bu ilahi elm, heç bir dəyişiklik və əl dəymədən Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olmuşdur. Burda söz o deyil ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ona vəhy olunun şeydən qeyrisini dilinə gətirməyib və ya vəhyin bəyanında səhv etmiş olsun, söhbət budur ki, vəhyin Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) intiqal olunmasında heç bir xətaya yol verilməyib.

4) Fəqih qəbul edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hər növ qəsdən və ya səhvən baş verən xətalardan uzaqdır. Yəni, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) nəinki vəhyin alınmasında, vəhyin insanlara çatdırılmasında və izahında istər qəsdən, istərsədə səhvən heç bir xəta və səhvə yol verməmişdir.

Amma dəlillərin mənşəyi bunlardır:

1)Fəqih, Allah-taalanın Quranda yolladığı kəlmələrdən xüsusi bir məna iradə etdiyinə etiqadı olan halda Quranın sorağına gedir. Bu əsas qanun hamıya aydın olduğuna baxmayaraq bəzi qərb mütəfəkkür və ideoloqlarla çox ciddi fikir ayrılıqlarına səbəb ola bilər. Bəzi hermionotik nəzəriyyə tərəfdarları mütəfəkkirlərin nəzərincə, hər hansı bir rəssam bir tablo çəkəndə ola bilsin, siz o tabloya baxdıqda rəssamın öz qəmini izhar etdiyini deyəsiniz, digəri rəssamın öz xoşhallığını bəyan etmək istədiyini başa düşə bilər, üçüncü şəxs isə tablodan rəssamın əsəbilik halını ifadə etmək istədiyini anlaya bilər. İndi soruşulsa ki, hansı hal səhihdir? Cavabda demək olar ki, hər üç nəzər səhihdir. Bu tablodan hər kəs hansı mənanı dərk etsə, hər birisi öz-özlüyündə səhih və qəbul olunandır.

Əslində bu etiqadın mənası budur ki, çəkilən tablodan heç bir məqsəd yoxdur, bununla da digərlərin bu barədə nəzəriyyələri araşdırılsın. O, elə bir şeyi çəkmişdir ki, heç bir son mənası yoxdur. Ona görə də hər kim öz dünya görüşünə, mədəniyyətinə və səliqəsinə əsasən bu tablodan zehnində hansı məna təsəvvür etsə, tablo həmin mənanı verir və səhihdir.

Bu əsasa görə hər kəs öz mədəniyyətinə [3664]  və nəzərinə uyğun dindən və dini mətndən hansı mənanı dərk etsə və təfsir versə öz-özlüyündə səhihdir. Deməli, dini anlayış hər bir əsrə və hər bir müfəssirin zehinə uyğun məna olunur. Bəzən, bəzi islam alimləri arasında bu nəğmə qulağa dəyir ki, Quran ayələrinin ardında xüsusi bir məna gizlənməyib ki, onu axtarıb kəşf edək. Bəlkə də bu məna o qədər genişdir ki, hər kim istədiyi mənanı ayələrdən ələ gətirirsə öz-özlüyündə səhihdir.

Beləliklə, fəqih Qurandan məna və hökm ələ gətirmək istədikdə bu qanunu əsas götürməlidir ki, Allah-taala Quranda ayələrdən xüsusi məna nəzər almış və iradə etmişdir. Çünki, fəqihin Qurandan şəriət hökmlərini ələ gətirməsindən məna budur ki, Allah-taala bu ayələrdə və ifadələrin batinində müəyyən mənalar iradə etmişdir və fəqihin vəzifəsi bütün elmi qüdrətindən istifadə edib bu mənalara uyğun şəriət hökmələrini ələ gətirməkdir. Bu cəhətdən, fəqihin Quranın mənasını ələ gətirməkdə etdiyi səhv və xəta və ya səhih yolda olmasından, “düzgün mənaya iki savab, hökmdə xəta üçün isə bir savab var.” [3665]  – ifadəsi aydın olur.

2.Allah-taala, Qurani-Kərimdə öz hədəfini bəyan etməkdə, ən azı hər bir mükəlləf üçün xüsusi təkliflərində [3666]  rəmzi bəyanlardan istifadə etməmişdir. Əksinə, belə mövzularda ağıl sahiblərinin qəbul etdiyi adi yollardan və mənalardan istifadə etmişdir. Yəni, Allah-taala öz məqsədini insanlara çatdırmaqda ağıl sahiblərinin qəbul etdiyi yolu seçmişdir.

Üsul elmində kəlmələrin zahirlərinin höccət kimi olması haqqında deyilir: “Sözlərin zahirləri dəlildir.” Yəni, ağıl sahibləri, danışanın sözlərinin zahirindən başa düşülən mənanı onun hədəfi kimi qəbul edir. Amma, bu mətləbin şəriət sahibi ilə nə əlaqəsi var? Bu ümumi qanunu şəriət sahibi haqqında necə icra etmək olar və hansı qanun əsasında onun sözlərinin zahirindən ələ gələn mənanı, onun hədəfi olduğunu dərk etmək olar? Bu mənaların şəriət sahibinə o vaxt aidiyyəti olur ki, etiqadımızda, Allah-taalanın Quranda, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam) həmin ağıl sahiblərinin qəbul etdiyi adi yollarla danışmış olmalarını əvvəldən qəbul etmiş olaq və onlar da öz hədəflərini xüsusi bir məna və rəmzlə ifadə etməmiş olsunlar. Ümumiyyətlə, adi və ürfi yolla danışıq tərzini şəriət sahibinə nisbət vermək o əsasla ola bilər ki, həqiqətdə şəriət sahibinin bəyanı əsasən, bu cür adi yolla olmuş olsun.

3.İlahi ayələrin mənalarının ən azı fiqhi hökmlərdə dərk etmək şəraitindən biri əqi nöqteyi nəzərdən ayənin nazil olma zamanıdır. Yəni, İlahi hökmlər elə şəraitdə nazil olub ki, o zəmandakı cəmiyyətin müsəlmanları adi və ürfi bir yolla ilahi ayələrin mənalarını dərk edirdilər. Bununla da öz təkliflərini ələ gətirirdilər. Əgər bəzən bu təklifin dərkində çətinlik çəkirdilərsə də bu o mənada deyildi ki, onu anlamırdılar, bəlkə o zamanın şuur səviyyəsi və anlayışı bu səviyyədə idi. Amma, zaman keçdikcə cəmiyətdə olan elm və anlayış, təzə dərk şəraitlərinin meydana gəlməsi bəzi anlaşılmazlıqları aradan aparırdı. O zamanın insanları özlərinin fikri xəta, dərkləri və qəflətlərinə görə bəzi məsələlərin anlamında çətinlik çəkirdilər. Yaxud, məsələni səhv başa düşürdülər. Nümunə üçün, bəzən ravi imam Sadiq (əleyhissalam)-dan nəql etdiyi hədisə öz şəxsi nəzərini də salırdı. Amma, bu günkü fəqih o rəvayətdən başqa şey anlayır və ravinin öz nəzərini qəbul etmir. Hər halda fəqih öz nəzərini səhih, ravinin nəzərini isə səhv və xəta kimi qələmə verir. Əgər indi o fəqihdən soruşulsa ki, məsum İmamın (əleyhissalam) zəmanəsində deyilən hədisin mənasının zəmanəsinin ravisi tərəfindən səhv və xəta olmasını bu qədər fasilədən sonra neca başa düşmüsünüz? Fəqih cavab verər ki, mənim hədisdən anladığım mənanı həmin zamanda da anlamaq olardı və İmamın (əleyhissalam) hədisdə məqsədi elə həmin zəmanəsinə görə idi. Amma ravi səhv etmiş və mənanı səhv başa düşmüşdür.

Fəqih demir ki, mənim bu gün başa düşdüyüm məna yalnız bizim öz zəmanəmizə aiddir və hədisin deyilən zamanında digər mənası olub. O, hədisdən ələ gətirdiyi mənanı deyildiyi zaman qəsd olunan mənanın yerində olduğunu iddia etmir. Fəqih, hədisdə dəyişən və halbahal olan mənanı qəbul etmir. O yerdə ki, fəqih hədisdən ələ gətirdiyi məna keçmişdəki məna ilə müxalif olur, keçmişdə dərk olunan mənanı səhv və xəta kimi qələmə verir. Fəqih, heç vaxt dinin dəyişən və halbahal olan hökmləri olmasını qəbul etmir və dindən anlanılan hər mənanın öz yerində səhih və şəriət sahibinin hədəfi ilə uyğun olmasını mütləq qəbul etmir. O, mötəqiddir ki, din sabitdir. Allahın, Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) və İmamın (əleyhissalam) buyurduğu hədislərdə yalnız bir məqsəd və mənası var. İmkan var ki, fəqihə o məna düzgün, ya da səhv və xəta ilə çatsın.

Əgər fəqih, iddia etsə ki, mənim bu gün hədisdən ələ gətirdiym məna, müasir elm və inkişafdan təsirlənib və keçmişdə belə elm və inkişf olmayıb, bu fikir qəti şəkildə qəbul olunmur. Sözün sirri budur ki, Allah-taala bu hökmləri bütün zamanda bütün insanlara bir təklif kimi buyurmuşdur. Heç də belə deyil ki, Quranda xitab olunan hökmlər min il bundan sonrakı insanlar və ya min il bundan qabaqkı insanlar üçündür və Allah-taala bir hökmdə bir neçə iradə nəzərdə tutmuş olsun. [3667]  O da elə iradə və hədəf ki, zaman dəyişdikcə o iradə də zamana və mədəniyyətlərə uyğun dəyişmiş olsun.

Bizim keçmişdəkindən də çox bu gün üsul elminə ehtiyacımızın olmasının səbəbi budur ki, biz, Quranın nazil olma zamanından və ya hədisin söylənilmə tarixindən çox uzaqlaşmışıq. O vaxtın insanları şəriət sahibinin buyurduğu hökmlərin nazil və bəyan olma zamanında yaşadıqlarına görə ayə və hədislərdən necə lazımdırsa mənanı dərk etmişlər. Amma, bu gün elmi-mədəni sahədə olan mühüm dəyişiklik, ümmətlə şəriət sahibi (Peyğəmbər və ya İmam) arasında əlaqənin qırılması hər bir hökmün mənasını olduğu kimi dərk etməyin çox çətinləşdirib. Daha doğrusu, bu şərait və bağlılıq artıq aradan getmişdir. Bu cəhətdən min il bundan qabaq deyilən bir ayənin və ya hədisin mənasını dəqiq ələ gətirməkdən ötrü ümumi zaman və məkana bağlı olmayan söz və kəlmə elmləri kimi kilidlərdən istifadə etmək lazımdır.

Bu yolla isbat edə bilərik ki, bu gün hədisdən bu gün ələ gətirdiyimiz məna, o vaxt deyilmiş məna ilə eynidir. Bu, üsul elmində sözlər və kəlmələr haqqında bəhs olunan həmin qanundur. [3668]

4. Bir çox ayələrin xüsusi nazil olma şəni olması və hansısa bir hadisə ilə bağlı olmasına baxmayaraq, Qunanın ayələrinin mənası nazil olduğu zamana məxsus deyil. Lakin, fəqih bu hadisə və ya ayənin nazil olma səbəbindən öz suallarına cavab tapmaqdan ötrü bəhrələnir və bu ayələrə vaxtı keçmiş ayələr kimi baxmır. Çünki, o, bu əsası qəbul etmişdir ki, Quran ayələri xüsusi bir zamana bağlı deyil və ayənin ümumi mənası nə qədər ki, nəsx (hökm ləğv) olunmayıb bütün zaman və məkanlara aiddir. Başqa sözlə desək, Quran ayələri və onda olan hökmlər ümumdünya səviyyəlidir. Bu mövzuda diqqət və dərin təfəkkür səbəb olur ki, şəriətdə “sabit və dəyişən hökmlər” bəhsi açılmış olsun. Ayətullah Xomeyni (rəhəmtullah) bu bəhsdən “ictihadda zaman və məkanın rolu” ünvanı ilə ad aparmışdır.

Amma, şəriətdə sabit və dəyişən hökmlər nəzəriyyəsinin necə meydana gəlməsi, bəzən hökmlərin ümumdünyəvi olması qanunu, sabit hökmlərdən istisna edilməsi və bəzi hökmlərin yalnız xüsusi zaman və məkana aid olunması qəbul olunur. Bu elə bir mövzudur ki, daha geniş bəhsə ehtiyac var. Qısa şəkildə bu sualın cavabını belə vermək olar ki, dəyişən və xüsusi mövqeiyyətə malik hökmlər əslində, sabit və ümumidünyəvi hökmlərdən mənşələnir. Çünki, o hökmlər sabit və xüsusi şəraitlər meyarına əsasən şəriət tərəfindən verilmişdir.

“Dəyişən və sabit hökmlər” keçmiş fəqihlərində təfəkkürlərində olmuş, dəyişən hökmlər məhdud şəkildə olsa da qəbul olunmuşdur. Lakin, dinin əsas və əksər hökmlərini sabit qəbul etdiklərinə görə belə hökmlərlə rastlaşdıqda dinin hökmlərinin sabit və ya dəyişən olması bəhsini çox da geniş şəkildə açıqlamamışlar. Öz bəhslərində, yalnız “dinin hökmlərin əksi isbat olunmayınca həmişə sabitdir” qanununu əsas tutmuşlar. [3669]

Daha çox məlumat üçün:

Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.

[3664]  Yəni, bu mənada ki, hər kim həqiqətə çatsa iki mükafatı, hər kəs bu yolda xəta etsə bir mükafatı var.

[3665]  Yəni, fəqih şəriət hökmlərinin ələ gəlməsində həqiqətə çatarsa iki savabı, xətaya düçar olarsa bir savabı var.

[3666]  Yəni, təkid olunur ki: “ən azı şəriət hökmlərində” bu nəzərə alınır. Çünki, bəziləri mötəqiddirlər ki, fərdi hökmlər və fiqh mövzusundan xaricdə ümumi olaraq, dərin mənalı islam maarifində və irfan və fəlsəfi mövzularda, əsasən, etiqadi bəhslərdə, Allah-taala xüsusi bir yolla Öz bəndələri ilə rəmz, işarə və təmsillərlə söhbət etmişdir.

[3667]  Diqqət olunmalıdır ki, bu bəhs Quranın batini mənasının olması mövzusundan ayrıdır. Çünki, Quranın batini mənaları adətən, ilahi maariflərin bəyanında (fiqh hökmlərindən qeyri ayələrdə) olur. Bundan əlavə, Quranın batini mənalarını da fərz etmiş olsaq, heç də belə deyil ki, o mənalarda Allah-taalanın iradəsi bir dəfə bir mənada, digər dəfə isə başqa mənada olmuş olsun.

[3668]  Sədr, seyyid Məhəmməd Baqir, Əl-Müalimul-cədidə, səh-51-54.

[3669]  Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, səh 33-41, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.

 

NUR-AZ.COM

 

 


more post like this