Cavab: Quranı cəm olunması haqqında üç nəzəriyyə var:

a) Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) öz zamanında o Həzrətin nəzarəti altında ilahi hidayətlə cəm olunmuşdur. Baxmayaraq ki, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) özü Quran ayəsi yazmamış və ayələri şəxsən cəm etməmişdir. [3655]

b) Mövcud Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra əmirəl-möminin Əli (əleyhissalam) vasitəsi ilə cəm olunmuş və tənzimlənmişdir. Bu iş Həzrət Əlinin (əleyhissalam) evdə oturduğu illərdə baş vermişdir. [3656]

v) Quran İslam Peyğəmbərinin i(səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra imam Əli (əleyhissalam) istisna olmaqla bəzi səhabələr vasitəsilə cəm olunmuşdur. [3657]

Şiə alimlərinin, xüsusilə yaxın və müasir əsrin tədqiqatçılarının nəzəri budur ki, Quran İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında o Həzrətin nəzarəti altında cəm və tənzim olunmuşdur. [3658]

Bəzi şiə alimləri isə ikinci nəzəriyyəni qəbul edir və iddia edirlər ki, Quran, əmirəl-möminin Əlinin (əleyhissalam) vasitəsi ilə cəm olunmuşdur. [3659]  Amma, əksər əhli-sünnət alimləri üçüncü nəzəriyyəni qəbul edirlər. Şərqşünaslar da adətən, həmin nəzəriyyəni qəbul edir və əlavə edirlər ki, imam Əlinin (əleyhissalam) cəm edib tənzimlədiyi Quranı səhabə qəbul etməmişdir.

Aydın olur ki, birinci və ikinci nəzəriyyəyə əsasən, Quranın cəm olunması Allah-taalaya nisbət verilir, surə və ayələrin tənzimlənməsi isə ilahi vəhy əsasında olması qəbul olunur. Necə ki, Quradna oxuyuruq: “O, kefi istədiyini (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” [3660]  Xüsusilə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) din haqqında nə buyurmuşsa hamısı ilahi vəhy əsasında buyurmuşdur. Məsum İmamlar (əleyhimussalam) peyğəmbər olmasalar da risalət yolunun davamçıları olub ilahi ismət və elmi lədunnaya (Allah-taala tərfindən dərs almadan verilmiş elmə) malik olublar.

Üçüncü nəzəriyyəni qəbul edənlər isə Quranın ayə və surələrinin tərtibinin ilahi vəhy əsasında olmadığını qəbul etməkdən əlavə, bu məsələnin həm də səhabələrin şəxsi səliqə və zövqlərinin əsasında olmasını da qəbul edirlər. Bu mövzuda bir neçə nöqtəni qeyd etmək yerinə düşərdi:

1.Əllamə Təbatəbai bu ayənin – “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” [3661]  –təfsirində yazır: “Qurani-kərim bəlağət, fəsahət cəhətdən ixtilafının olmaması, Quranın mislinin gətirilməsinin qeyri-mümükün olması və sair kimi xüsusiyyətlər bu gün əlimizdə olan Quranda mövcuddur. Nəticə alırıq ki, bu Quran, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında və İslamın əvvəlində oxunan həmin Qurandır.” [3662]

Bu söz, Quranın təhrif olunma ehtimalını inkar etsə də Quranın indiki şəkl, tərtib və nəzminin ilahi vəhy əsasında olmasını isbat etmir. Çünki, qeyd olunan xüsusiyyətlər vasitəsilə indiki ayə və surələrin məcmuəsinin və nəzminin hamısının İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında olduğu kimi olmasını isbat etsin.

2. Əgər kimsə Quranın ədəd ecazkarlığının surə və ayələrin tərtibində də olduğunu isbat edə bilsə, yəni, ayə və surələr arasında tərtib və nəzmin ilahi vəhy əsasında olub bəşər qüdrətindən xaricdə olduğunu isbat edə bilsə, onda bu tərtib və nəzmin vəhy əsasında olduğunu isbət etmək olar. Halbuki, hətta bunlar isbat olunsa da bütün surələrdə ayələrin tərtib və nəzminin ilahi vəhy vasitəsilə olduğunu isbat etmək mümkün deyil. [3663]

Daha çox mütaliə üçün bax:

Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix-1377 şəmsi ili.

[3655]  Seyyid Əbdül-Vahab Taliqani, Ulum-Quran, səh-83.

[3656]  Seyyid Məhəmməd Rza Cəlali Naini, Tarix cəm Qurani-Kərim, səh-80.

[3657]  Bu nəzəriyyəni əhli-sünnət alimlərinin əksəriyyəti qəbul edirlər. Həmən mənabe. Səh-19-51.

[3658]  Seyyid Əbdül-Vahab Taliqani, Ulum-Quran, səh-83, Seyyid Əli Milani, Ət-Təhqiq fi nəfyit-təhrif ənil-Qurani şərif. Səh-41-42-46, Məhəmməd Hadi Mərifət, Siyanətul-Quran minət-təhrif, səh-34.

[3659]  Seyyid Məhəmməd Rza Cəlali Naini, Tarix cəm Qurani-Kərim, səh-80.

[3660]  Nəcm surəsi, 3-4-cü ayə.

[3661]  Hicr surəsi, 9-cu ayə.

[3662]  Əllamə Təbatəbai, Əl-Mizan, 12-ci cild, səh-104-106-138.

[3663]  Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, birinci çap, tarix -1377 şəmsi ili.

 

NUR-AZ.COM

 

 


more post like this