Cavab: (Sistani, Vəhid və Təbrizidən başqa) bütün müctəhidlərin rəyi: Xeyir, təxirə düşmüş maaş əldə olunan ilin gəliri hesab olunur. Xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.

Vəhid: Vacib ehtiyata əsasən onun xümsü dərhal ödənməlidir.

Təbrizi: Xüsusi şəxs və ya şirkət üçün işlədikdə maaşının xümsünü işlədiyi il ödəməlidir. Dövlət üçün işlədikdə isə aldığı maaş əldə olunan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Sual: 22. Ərinin himayəsində yaşayan qadının özü üçün əldə etdiyi gəlirə xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, onun xümsünü verməlidir. Lakin onun bir miqdarını ehtiyaclarına xərcləmiş olarsa, yalnız yerdə qalan hissənin xümsünü ödəməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this