Cavab:

Salam olsun haqq yolda olanlara!

Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?

Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri olması nəticəsinin doruluğuna yetişmək olar.

Zürarə bin Əyən Şəybani, İmam Baqir (ə) və İmam Sadiq 9ə)- ın ən böyük səhabələrindən biridir ki, bu iki İmamdan rəvayət nəql edibdir.[1]

Zürarənin ailəsinin kökü “Rum” diyarına yetişir. Atası Rum əhalisindən biri idi ki, qul olaraq Bəni Şəybanda yaşayırdı. Quranı öyrəndiyinə görə, onlar tərəfindən azad oldu.[2]

Şeyx Tusinin dediyinə görə, əyən ailəsi, şiənin məşhur ailələrindən biri idi ki, çoxlu rəvayət, kitab və qanunlar onlardan yadigar qalıb.[3]

Nəccaşi Zürarənin xüsusiyyətləri barəsində belə yazır: “Öz zamanında İmamların səhabələrinin böyüyü və şeyxi idi. O böyük, qari, Fəqih, kəlamçı, şair və əbid idi ki, yaxşı xüsusiyyətlərin hamısı onda cəm olmuşdu. Zürarə dediyi və nəql etdiyi hər nədə sadiq və düz danışandır.”[4]

O, İcma- əshabından biri sayılıbdır ki, onun düz danışmaqlığı haqda, İmamlar (ə)- ın əshabı arasında fikir birliyi var.[5]

“Kəşi” öz kitabında İbn Quləvəyhdən, o da öz sənədi ilə İmam Kazim (ə)- dan bir rəvayət nəql edir: “Qiyamət günü nida gələr ki, əhdlərinə sadiq qalıb və onu sındırmayan Məhəmməd bin Abdullah (s)- ın əshabı haradadırlar? Sinra Salman, Miqdad və Əbuzər ayağa qalxarlar” Sonra İmam (ə) İmam Sadiq və İmam Baqir (ə)- ın əshabına qədər adları deyib və buyurdu: “Nida gələr ki, əhdlərini sındırmayan İmam Baqir (ə) və İmam Sadiq (ə)- ın əshabı haradadırlar? Bu zaman bir dəstə ayağa qalxarlar ki, Zürarə də onların arasındadır”.[6]

Amma rəvayətlərin bəzisində, Zürarə barəsində bəzi məsələlər nəql olubdur ki, İmam (ə) onu pisləyir və ondan özlərini uzaq bilmişdir.

Əbu Bəsir İmam Sadiq(ə)- dan “Əlləzinə amənu və ləm yəlbəsu imaməhum bizulmin”[7]�ayəsi barəsində soruşur ki, həzrət buyurur: Ey Əbu Bəsir, mən və sən bu zülmdən Allaha pənah aparmalıyıq. Bu ayənin məqsədi, Zürarə, Əbu Hənifə və əshablarıdırlar.[8]

İmam Sadiq (ə)- ın Zürarə barəsindəki bu nəzəri, sonralar, o həzrətin özü tərəfindən qüətiyyətlə inkar edildi və Zürarə barəsində o həzrətdən olan rəvayətlər Zürarənin canını qorumaq üçün olmasını göstərdi.

Abdulla bin Zürarə İmam Sadiq (ə)- dan belə nəql edir ki, həzrət ona buyurdu: “Atana (Zürarə) salam yetir və de, mənim ona tutduğum iradlar, əslində onu müdafiə etmək üçündür. Çünki bizim düşmənlərimiz, bizim təriflədiyimiz hər şəxsə hücum edib və ona əziyyət edirlər.

Çox vaxt qətlə yetirirlər. Mən onu pislərdim ki, onun bizimlə olan nisbətinə görə, Əhli- beyt düşmənləri və camaat tərəfindən əziyyət görməsin.Allaha and olsun ki, Zürarə mənim əshabımın ən yaxşısı və atamın əshabının ən yaxşısıdır”.[9]

Zürarə barəsində bəyan olan mədh və pislənmə rəvayətləri arasındakı ziddiyyəti həll etməkdə belə rəvayətlərə diqqət etməklə, alim və fəqihlərin hamısı, Zürarənin şəxsiyyətini böyük sayıb və onu İmamlar (ə)- ın səhabələrinin ən böyüklərindən biri bilirlər. Əllamə Hilli bu iki dəstə rəvayətləri cəm etmək barəsində deyir: “Kəşi” nin nəql etdiyi pisləyən rəvayətlərə diqqət edərək ( və o rəvayətləri onu tərifləyən rəvayətlərlə cəm etməklə) bu şəxsin rəvayətləri, mənim yanımda qəbul olunmuşdur.”[10]

Əllamə Möhsin Əmin də, öz kitabında alimlərdən çoxunun adını açıqlayır ki, hər iki dəstə rəvayətə diqqət etməklə, Zürarəni böyük insan sayıb və onun şəxsiyyətini tərifləyiblər.[11]

Sonda xatırladırıq ki, Zürarə İmamların (ə) əshabının böyüklərindən və düz danışanlarından olsa da, amma bir rəvayəti qəbul etmək, çoxlu məsələlərə bağlıdır. O cümlədən, bir rəvayət qəbul edilmək istəyirsə, rəvayətin kimdən nəql olunması və mətnə aid məsələlərdən əlavə, sənəddə olan insanların hamısı, düz danışan və İnanılan insanlar olmalıdırlar. Sənəddə düz danışan insanlardan birnin olması ilə kifayətlənib, o rəvayətin doğru olmasına hökm vermək olmaz. Ola bilsin ki, yalan danışan bir şəxs öz rəvayətini Zürarə kimi şəxsiyyətlərə nisbət verə bilər. Sənəddə olan insanlardan biri olaraq Zürarənin inanılmış şəxs olmasını nəzərə alıb, o qəvayəti və ona bənzər rəvayətləri, heç vaxt qəbul etmək olmaz.

[1]�- Tusi, Məhəmməd bin Həsən, Ricali- Tusi, səh 337, Heydəriyyə nəşriyyatı, Nəcəf, 1381 hicri qəməri.
�[2]�- Amuli, Möhsin Əmin, Əyamuş- şiə, cild 7, səh 46, Darut- təaruf, Beyrut, 1406 hicri qəməri.
�[3]�- Tusi, Məhəmməd bin Həsən, Fehresti- Tusi, səh 209, Əl- məktəbətul- Murtəzəviyyə, Nəcəf, Bita.
�[4]�- Nəccaşi, Əhməd bin Əli, Ricali- Nəccaşi, səh 175, İslami nəşriyyatı, Qum, 1407 hicri qəməri.
�[5]�- Kəşi, Məhəmməd bin Ömər, Ricali- Kəşi, səh 238, Məşhəd universiteti, 1348 hicri şəmsi.
�[6]�- Ricali- Kəşi, səh 9, Hədisdən azad istifadə və xülasə ilə.
�[7]�- Ənam surəsi, ayə 82.
�[8]�- Ricali- Kəşi, səh 146.
�[9]�- Ricali- Kəşi, səh 138.
�[10]�- Hilli, Həsən bin Mütəhhər, Əl- xülasə, səh 76, Daruz- zəxair, Qum, 1411 hicri qəməri.
�[11]�- Əyanuş- şiə, cild 7, səh 51.
http://www.islamquest.net/az/archive/question/21036

haqyolu.com


more post like this