Cavab:

Salam olsun haqq yolda olanlara!
ON İKİ İMAMLAR
1.İmam Əli ibni Əbi Talib (əleyhissalam)
2.İmam Həsən ibni Əli ibni Əbi Talib (əleyhissalam)
3.İmam Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)
4.İmam Əli ibni Hüseyn Zeynal-Abidin (əleyhissalam)
5.İmam Mühəmməd ibni Əli əl-Baqir (əleyhissalam)
6.İmam Cəfər ibni Mühəmməd Əs-Sadiq (əleyhissalam)
7.İmam Musa ibni Cəfər əl-Kazim (əleyhissalam)
8.İmam Əli ibni Musa ər-Riza (əleyhissalam)
9.İmam Mühəmməd ibni Əli əl-Cavad (əleyhissalam)
10.İmam Əli ibni Mühəmməd əl-Hadi (əleyhissalam)
11.İmam əl-Həsən ibni Əli əl-Əsgəri (əleyhissalam)
12.İmam Mühəmməd ibni əl-Həsən, əl-Məhdi əl- Müntəzər (əleyhissalam)
Bizim on iki imamlarımız bunlardır. Ona görə də Haqq məzhəb olan şiə məzhəbinə “on iki imamçı şiələr” məzhəbi deyirlər.
Bunlardan başqa heç bir Əli övladlarına, saleh şəxslərə və alimlərə Allah dərgahında hansı məqamda olurlarsa olsunlar “imam” ləqəbi ilə müraciət doğru deyildir.
Doğrudur ki, bəzi vaxtlar bəzi alimlərə də “imam” sözünü nisbət verirlər. Bu sözlə məqsəd həmin məsum və xəlifə nəzərdə tutulmur. Bəlkə də dahi alim və rəhbər kimi şeylər nəzərdə tutulur. Bəzi vaxtlər belə sözlərə görə ixtilaflar da olur. Bu ixtilaflardan çəkinmək lazımdır.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this