Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Rəvayətə görə, Qüreyş tayfasından bir neçə nəfər qonşu əyalətdəki yəhudi alimlərlə görüşüb, həzrət Məhəmmədi (s) susdurası suallar hazırlayırdılar. Bu suallardan biri də, qiyamətin nə zaman bərpa olacağı idi. Onlar həzrətin hüzuruna gəlib bu sualı verəndə, ayə nazil oldu: «Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki, o ancaq Rəbbimə məlumdur»Əraf surəsi ayə 187.
Belə bir sual ortaya çıxır ki, bu hadisədən hətta peyğəmbərlərin xəbərsiz qalmasının səbəbi nədir?
Təfsirçilər belə qeyd edirlər ki, əgər qiyamət saatı məlum olsaydı, kimi uzaq görüb arxayınlaşar, kimi də yaxın görüb təsirlənərdi. Bu hadisənin bütün insanlara hər zaman təsirli qalması üçün onun vaxtının qeyri-müəyyən qalması zəruri idi.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this