Cavab:
Salam olsun haqq yolda olanlara!

Təvəssülə “Səqələyn” adı ilə tanınmış hədis misal göstərilə bilər.
«Səqələyn» hədisi: «Əksər firqələrin mö’təbər kitablarında nəql olunmuşdur ki, həzrət Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».

«Səfinə» hədisi: İbn-Abbas və başqa rəvayətçilər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».

قال أمير المؤمنين (عليه السلام)�في قوله تعالى:�وَ ابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ: «أنا وسيلته‏

Hz. Əli (ə) Maidə surəsi ayə 35 in təfsirində buyurub: Allaha yaxınlaşmaq üçün vəsilə mənəm. Əl Burhan fi təfsiril Quran cild-2 səh-292.

Təvəsül duası, Camiə ziyarəti və s. təvəssülün nümunəsidir.

Allah sizə yar olsun.

haqyolu.com


more post like this