Cavab:

Salam olsun haqq yolda olanlara!

Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.

İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır – 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə “Fatihə” və “İxlas”, 2-ci rükətdə “Fatihə” ve “Kafirun” surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demək savabdır.

Sonra 2 rükət “Şəf'” namazı qılınır. 1-ci rükətində “Fatihə” dən sonra “Nas”, 2-ci rükətində “Fatihə”dən sonra “Fələq” surələri oxunur, qunut tutulmaz.

Axırda 1 rükət “vitr” namazı qılınır. “Fatihə”dən sonra 3 dəfə “ixlas” və 1 dəfə “Fələq” lə “Nas”surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə “hazal-məqamul-aizu bikə minən-nar” deyilir, 300 dəfə “əl-əfv” söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.

Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this