Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Quranın 44 surəsində 104 ayədə 118 dəfə and içilib. Onun 95-i Allahın andıdır ki 33 surədə gəlib. 23 surə andla başlayır. 2-si Peyğəmbərin andıdır ki əməllərin mühasıbəsi və qiyamət gününün isbatı üçün gəlib. 4 yerdə H. Yusifin qardaşlarının andıdır. 1 yerdə sehirbazlar Musanı məğlub edəcəkləri üçün Fironun hüzurunda and içirlər. Şeytanda xalis olmayan insanları azdıracaqına söz verərək 1 yerdə and içir. 15 ayədə isə müşriklərin, münafiq və qiyaməti inkar edənlərin andı gəlib. Ümumiyyətlə Quranda təqribən 40 şeyə and içilir. Sual isə İlahi andlardan gedir ki Qurandakı andların əksəriyyətin təşkil edir.

İlahi andlar insanların andları ilə böyük fərqi var. İnsanlar adətən nəyisə itirəcəyindən qorxub müqəddəs hesab etdikləri və onlar üçün əziz olan şeylərə and içirlər ki müqabildəki insanı inandırmaq üçün. Nəticədə də insanlarda bir qorxu var ki əgər düzgün olmasa andları onlara bir əzab yetişər və ya onlar üçün əziz olanlara (övlad, ata-ana, dost və s.) bir bəla gələr. Allah isə nə itirəcəyi bir şey var və nədə kimdən ya nədənsə qorxusu. Birdə Allahın and içməyinə möminlər üçün ehtiyac yoxdur çünki andsızda inanırlar və kafirlər üçün isə and içməyin faydası yoxdur onsuzda onlar inanmırlar. Bəs belə nəticə alırıq ki Allah insanları inandırmaq üçün yox. başqa məqsədlə and içir. Allahın andlarının bəzi hikmət və fəlsəfəsinə işarə edirik. 1- And içiləcəyi şeylərə təkid və onların əhəmiyyətli olmasını insanlara başa salır ki onlar haqda düşünsün və əhəmiyyət versin (Qiyamət günü, Quran və s.). 2- And içdiyi şeylərin çoxlu mənfəət və faydalı olmasına insanın diqqətin cəlb etmək üçün (günəş, ay, gecə-gündüz, ulduzlar hətta incil zeytun və s.) ki Allahın rəhmət və nemətidir. 3- Xeyirli və layiqli əməllərə hörmətlə yanaşır və əzəmətli hesab edir tainki insanları onları əncam verməyə təşviq olsunlar (and olsun mücahidlərin atlarına, and olsun həcc əməlinin vaxtına və s.)

İmam Sadiq (ə) buyurur: Allah-taala öz yaradiqlarına and içir tainki insanların nədən ibrət və dərs alacaqından agah etsin. Çünki and, and içilən şeyin böyük və əzəmətli olmasına dəlalət edir.

Təfsir alimlərindən biri deyir: Qurandakı andlar elmin açarıdır.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this