Cavab:

Salam olsun haqq yolda olanlara!
Eyni zamanda adi insanlar üçün daimi kəbinlə 4 arvad almaq olar. Peyğəmbər (s) isə eyni zamanda 9 arvad ala bilər ki, bu hökümdə yalnız O həzrətə məxsusdur hətta imamlarada şamil olmur, necə ki gecə namazı qılmaq Peyğəmbərə (s) vacıbdır və başqalarına müstəhəb. Peyğəmbərin (s) 13 arvadı eyni zamanda olmayıb bəlkə eyni zamanda doqquzdan artıq olmayıb. Həzrətin çox arvad almaqı məsləhətə xatir olub nəuzubillah şəhvətə xatir olmayıb bunuda biz aşkara görürük ki 25 yaşında olanda 40 yaşlı Xədicə ilə evlənir və nəqədər ki, Xədicə xanım yaşayırdı Peyğəmbərin (s) başqa xanımı yox idi.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this