Cavab: İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.

Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən xüms düşür.

Sistani və Safi: Bəli, xüms düşür.

Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda xüms düşür.

Qeyd 1. Şəhid ailələrinin maaşı iş müqabilində əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də bu barədə fəqihlərin fətvaları müxtəlifdir.

Qeyd 2. Şəhid ailələrinin maaşından əldə olunan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.

Qeyd 3. Ayətullah Nuri belə deyir: Hədiyyə hesab olunarsa, xüms düşür.

Sual: 20. İşçilərin təqaüdünə nə vaxt xüms düşür?

Cavab: İmam (r), Sistani və Vəhid: Müqaviləyə əsasən, maaş təqaüdə çıxdıqdan sonra alınarsa, ilin gəlirindən hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür. İş dövrü maaşın bir miqdarı saxlanılıb, təqaüdə çıxdıqdan sonra verildikdə onun xümsü dərhal verilməlidir.

(İmam (r), Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rəyi: Təqaüd maaşı həmin təqaüd ilinin gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this