islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 17. Bizm etiqadımız budur ki, islamda təhrif olunmamışdır və başqa bir tərəfdən də buna etiqadımız var ki, peyğəmbərin canişinləri Quranın təfsirçiləridir. Bəs belə nəticə almaq olar ki, şiədən kənar olan islam təhrif olunmuşdur?

    Sual: 17. Bizm etiqadımız budur ki, islamda təhrif olunmamışdır və başqa bir tərəfdən də buna etiqadımız var ki, peyğəmbərin canişinləri Quranın təfsirçiləridir. Bəs belə nəticə almaq olar ki, şiədən kənar olan islam təhrif olunmuşdur?

    Sual: 17. Bizm etiqadımız budur ki, islamda təhrif olunmamışdır və başqa bir tərəfdən də buna etiqadımız var ki, peyğəmbərin canişinləri Quranın təfsirçiləridir. Bəs belə nəticə almaq olar ki, şiədən kənar olan islam təhrif olunmuşdur?
    Rate this post

     

    Cavab: Həqiqətən (Quran kərim) islamın əsas məbnələrindəndir. Ləfzi təhrifdən (cümlə və kəlmələrin yerinin dəyişdirilməsi və ya Quranda bir şeyin əlavə edilib və yaxud azalması) amanda olmuşdur.

    Bir çox ayənin bunu təyid etməsi, və müsəlmanlar arasında olan zərurət və beləliklə bir çox rəvayətlər ilahi möcüzəyə əlavə edilməsini və yaxud azalmasını inkar edir. Əlbəttə bu o demək deyildir ki, müsəlmanlar öz əsl yollarından münhərif olsunlar; yəni Quran və peyğəmbər onun üçün şərait yaratmışdır amma baş tutmamışdır.

    Quran və peyğəmbər, müsəlmanları məsum imamlara müraciət etməyə çağırır.

    İtrət üçün də Quranın təfsirini və peyğəmbərin doğru və dəqiq həyat tərzini başqalarından yox məsum imamlardan soruşmaq lazımdır.

    Bəs hər o şey ki, Quranladır; yəni peyğəmbərin həqiqi həyat durumu, imamların dedikləri kimidirsə, doğrudur və itaət etmək olar.

    Bəs bütün firqə və məzhəblər arasında yalnız biri haqdır və oda əhli- beyt məktəbidir.

    Daha geniş cavab

    Bütün müsəlmanlar Quranı təhrif olmamasına (yəni Qurana bir şeyin əlavə olunub və ya azalması) və peyğəmbər əkrəmdən bizə çatan səqəleyn hədisini qəbul edirlər. baxmayaraq ki, məzhəblər arasında ixtilaf vardır amma bunu qəbul edirlər. bəs bunda heç bir şübhə yoxdur ki, peyğəmbərin göstərdikləriylə getmək və məsum əhli- beytin rəvayətlərindən bəhrələnməklə və Quranı başa düşüb nəticə almaqla, ixtilaflar yaranmış və hər firqə bir yol özünə seçmişdir! Və bu da Quran və peyğəmbərin gösrətdiyi haq yoldan müsəlmanların azması deməkdir.

    Çünki buna diqqət etmək lazımdır ki, haqqı batildən və düzü əyridən seçməyin nümunəsi nədir? Baxmayaraq ki, bu yolun başlanğıcı çətin və həll edilməzdir, amma olunmaz deyil; çünki “Quran” bütün firqələr arasında vəhyin əsl mənbəyi və təhrif olunmaz, təsdiqlənmiş və müraciət olunandır.

    Şiə və sünnü arasında olan çoxlu hədislər vardır ki, bizi başqa bir əsl mənbəyə zövq verir. Bunlardan ən çoxu mühüm olanı isə inzar (yəvmud- dar) hədisi, qədir, səqəleyn və maidə surəsinin 3 və 67- ci ayələrinin təfsirindən olan hədislər, təthir ayəsində (Əhzab 33) və vilayət ayəsinin (Maidə 55 və 65) təfsirində olan hədislərdir. O hədislər ki, bütün şiə və sünnü firqələri arasında qəbul olunmuşdur, haqqı görən heç bir insan onun zahirindən və onun tarix və sənədini gizlətməyə nail ola bilməz. Bəs islamda olan müxtəlif firqələr Quran və sünnəti özlərinə hakim seçməlidirlər.

    İmam Sadiq (ə) buyurur: “Heç vaxt iki nəfər bir şeydə ixtilaf etməz, yalnız o şey ki, Allahın kitabında əsldir amma onların ağılı onu dərk etmir (bunun üçün də ixtilafa düçar olmuşdurlar).” [3614]  Yenə buyurur: “Peyğəmbər (s) minada (həccül- vidada) xütbə oxuduqdan sonra buyurmuşdur: Ey camaat! Hər hansı bir şeyi mənim tərəfimdən sizə desələr (hədis və ya rəftar) Allahın kitabıyla müqayisə edin, əgər Allahın kitabıyla bir olsa, bəs onu mən demişəm və əgər Allahın kitabıyla müxalif olsa mən deməmişəm.” [3615]

    İmam Baqir (ə) buyurur: Bir şeydə nəzər verdiyim zaman, onun haqda Quran kərimdən məndən sual edin (ki sizin üçün izah verim onu Quranın harasından deyirəm)”. [3616]  Məsum İmamların tarixində bir çox yerdə buna işarə olunmuşdur ki, Qurandan istifadə etdiklərini öz əshabları üçün açıqlamışdır”. [3617]

    Bəziləri bu ixtilafları həll etmək üçün, peyğəmbərdən rəvayət olan bu hədisdən istifadə edir: “Ümmətimdə olan ixtilaf rəhmətdir”.

    Əbdul mömin Ənsari (rh) deyir: İmam Sadiq (ə)- a ərz etdim: Bəziləri peyğəmbərdən rəvayət edirlər ki, buyurmuşdur: Ümmətimdə olan ixtilaf rəhmətdir”.

    İmam (ə) buyurdu: “Doğrudur”.

    Ərz etdim: Əgər onların ixtilafları rəhmətdirsə bəs onların birliyi əzabdır?!

    Buyurdu: Xeyr. Onların və sənin düşündüyün kimi deyil! Həqiqətdə Allahın rəsulu, Allahın dediyini buyurmuşdur ki, buyurur,: “Nə üçün hər tayfadan bəziləri dini öyrənmək üçün hicrət etmirlər.” [3618]

    Bəs Allah- Taala əmr edir ki, camaat peyğəmbərin yanına hicrət edərək elm öyrənib öz tayfalarına doğru qayıtsınlar və onlara elm öyrətsinlər.

    Peyğəmbərin (s) ixtilafdan məqsədi məzhəb və dikdə yox bəlkə şəhər və millətlərdə olmasıdır. Hər an din birdir. Hər an din birdir”. [3619]

    Bunun üçün də şiə imam Əli (ə), imam Həsən (ə) və Hüseynin (ə) imamətini peyğəmbərin yolu olaraq və digər imamları isə özündən əvvəlki imamı tanımaqla boyun əymişdir.

    Peyğəmbərdən nəss rəvayətdə onların bir- bir adını on iki nəfər olaraq təyin etmişdir. Nümunə üçün: Cabir ibn Əbdullah Ənsari (rh) deyir: “O vaxt ki,

    «اطيعوااللَّه واطيعوا الرسول و اولى الامرمنكم» [3620]

    bu ayə nazil oldu, Allahın rəsuluna ərz etdim: Biz Allah və onun rəsulunu tanımışıq! Amma “ulul əmr” ki, onlardan itaət etmək bizə vacib olmuşdur, kimlərdir?!

    Buyurdu: Onlar mənim canişinlərim və məndən sonra imamlardır: onların birincisi Əlidir (ə) sonra isə ardıcıl olaraq Həsən ibni Əli (ə),Hüseyn ibni Əli (ə), Əli ibni Hüseyn (ə), Məhəmməd ibni Əli (ə) ki, tövratda Baqir adıyla tanınmışdır və sən onun zamanını görəcəksən. Hər vaxt onu görsən mənim salamımı ona çatdırarsan və ondan sonra ardıcıllıqla Cəfər ibn Məhəmməd, Əli ibn Musa. Məhəmməd ibn Əli, Əli İbn Məhəmməd, Həsəh ibn Əli və ondan sonra onun övladıdır ki, adı adımla ləqəbi də ləqəbimlə birdir. Allah onu bütün dünyaya hakim edər və odur ki, gözlərdən gizli olacaq və qeybəti uzun olacaq. Yalnız o şəxslərin imanı güclü olacaq ki, onun imamətində öz əqidəsi üstündə möhkəm duracaq”. [3621]

    Əlbəttə müsəlmanlar bu adlarla kifayətlənmir, bəlkə əvvəl onun məsum, elm, qeybət və möcüzələrini imtahan edirlər. Şiə imamətini iddia edən şəxsdə əgər bu şəraitlər olsa, vilayət və göstərişlərindən itaət edir, əks halda isə öz istədiklərini axtarıb taparaq ondan itaət edirlər! [3622]  O da atadan mehriban olaraq müsəlmanları öz sayəsinə alaraq elmi və mənəvi ehtiyaclarını həll edir. Belə bir halda ilahi Quran və peyğəmbər maarifi qəlblərdən qəlblərə keçəcək, indiki on iki imam davamçısı olan şiələrə çatdırmişdır.

    Bununla da təfsir və hədis mənbələrində qorunub saxlanmışdır. O zamana kimi ki, imam Zaman qeybət pərdəsi arxasından zuhur edib islamı qürbətçilikdən qurtarsın. İxtilafları aradan qaldırıb dünyanı peyğəmbərin (s) islam bayrağı altında birləşdirsin.

    Şübhəsiz ki, peyğəmbərin (s) Əli (ə) vilayətinə sifariş etməsi və itrət və Quranı bir- biriylə bərabər bilib imsak tutması, müsəlmanların bir olması və başqa bir tərəfdən isə ixtilafların qarşısını almaq dində təfsir və bəyan olanların təhrif olmaması nəzərdə tutulmuşdur. Onun xeyri isə yəni müsəlmanların həqiqi səadət və hidayətə, yol tapması axirətdə isə ilahi feyzlər müsəlmanların öz xeyrinədir.

    Bütün dünya əgər əhli beytdən üz çevirsə, Allah yanında onların məqam və mənşələrinə heç bir ziyanı yoxdur. [3623]

    O cür ki, əgər bütün insanlar Allaha şərik qoşub kafir olsalar Allaha heç bir ziyanı yoxdur, bəlkə özləri zərər edirlər.” [3624]

    Müsəlmanların onlara iman gətirməsi onların savablarını artırmaz və üz çevirmələri də onların savabını azaltmaz, çünki onlar Allahın həqiqi bəndələrindəndirlər və insanlar üçün bütün öz əziz can və həyatlarının rahatlığını bu yolda qoymuşdurlar.

    Bəşərin nicat və hidayəti üçün heç bir səylərini əsirgəməyib, ən az fürsətdən dini qoruyub saxlamaq üçün daha çox istifadə etmişlər. bəs onların qanlarının bahası və savabı Allah yanındadır:

    «”انّ هذالكم جزاءً وكان سعيكم مشكورا”»

    İstifadə olunmuş ədəbiyyat:

    Xosrov pənah, Əbdül Hüseyn, Kəlame cədid, səh 161- 212

    Sübhani, Cəfər, Ayine vəhhabiyyət.

    Sübhani, Cəfər, Şiə pasux midəhəd.

    Şəhristani, Əbdül Kərim, Miləl və Nihəl, cild 1, səh 27- 188

    Şirazi, Soltanul- vaizin, Şəbhayi pişavər.

    Safi, Lütfüllah, Müntəxəbul- əsər.

    Amuli, Şeyx hürr, Vəsailuş- şiə.

    Əllamə Əsgəri, Nəqşe Ayişə dər islam.

    Qurani kərim və təfasire şiə və sünni zeyl ayat məzkur dər pa vərəqiha.

    10. Qumi, şeyx Abbas, Tətimmətul- muntəha,

    11. Qumi Məşhədi, Məhəmməd ibni Məhəmmədrza, Kənzul- dəqaiq, cild 3, səh 31- 36- 58, cild 4, səh 166- 169

    12. Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar.

    13. Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşe əqaid, cild 1 və 2, dərs 38- 40

    [3614]  Kafi, cild 1, kitab fəzailul- elm, cild 6, səh 78

    [3615]  Kafi, cild 1, kitab fəzailul- elm, cild 5, səh 89

    [3616]  Kafi, cild 1, kitab fəzailul- elm, cild 5, səh 77

    [3617]  Bax: Cavadi Amuli, Əbdullah, Təfsir təsnim, cild 1, səh 69- 73; vəsail cild 5, səh 538

    [3618]  Tövbə surəsi, Ayə 122

    [3619]  Vəsail, cild 18, bab sifatul qazi, bab 11, hədis 10, səh 101- 102

    [3620]  Nisa surəsi, ayə 59

    [3621]  Muntəxəbul əsər, səh 101; Qayətul- məram, cild 10, səh 267; İsbatul- həyat, cild 3, səh 123, Tənabiul məvəddət, səh 494

    [3622]  Bax: Göstərici: İmamət uşaqlıq dövründə, sual 285

    [3623]  Səba Surəsi, ayə 47, Şura surəsi, ayə 23, Hud Surəsi, ayə 51

    [3624]  Ali İmran Surəsi, ayə 144, 176 – 179, Məhəmməd, surəsi, ayə 32- 34, Nisa surəsi, ayə 131- 133

    NUR-AZ.COM