Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.

Sual: 12. Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?

Cavab: Bütün müctəhidlərin rəyi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.

Sual: 13. Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.

İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin təsiri yoxdur.

Sual: 14. İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü ödəməliyəm, yoxsa yox?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, bu pula xüms düşür.

Sual: 15. Ailəsinin himayəsində olan tələbənin gəlirinə xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: İş qazancından toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.

Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin xümsü hissəsində aydınlaşdırılacaq.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this