Cavab:
Ələykum salam. Biz də saytın administrasiyası tərəfindən sizin bayramınızı səmimi qəlbdən təbrik edirik. Allah gələn günlərinizi biri birindən daha da xeyirli və aqibətinizi bütün ömrünüzdən xeyirli etsin. Allahdan arzu edirik ki, Qiyamət günü sizdən və bizdən razı olsun. Amin.

Sual:
(2 Salam.Ramazan ayının əvvəli və sonudəqiq astroloji hesablamalarla bəlli olmur?yəni qanunauyğunluğ yoxdur?bu elm və texnikanın problemidir ya başqa səbəb?.(əgər elmi səbəbdirsə xahiş edərdim geniş məlumat üçün link və ya başqa bir şey göndərərdiz)
Cavab:
Salamun ələykum. Ümumiyyətlə ayın ilk günü ilə bağlı həmişə problem olur. Çünki, ayın birinci gününün hilalı səmada günəş batdıqdan sonra, 9 dəqiqə görünür. Bu həm olduqca az vaxtdır, həm hava nisbətən işıqlı olur, həm də hilal olduqca nazik olur. Bütün bunlar ayın ilk gündə görünməsinə çətinlik yaradır.

Sual:
(3 salam alekum qedir qecelerinda melekleri qormek olormi xaish elerem sualma cavab veresiniz?
Cavab:
Salamun ələykum. Bəli mümkündür. Bunun üçün gözü Allahın istədiyi kimi tərbiyə etmək lazımdır.

Sual:
(4 SALAM.NEMELUM OBYEKTLER MOVCUDDURMU ISLAMDA VE YA QURANDA BU HAQQDA MELUMAT VARMI?
Cavab:
Salamun ələykum. Naməlum obyektlər dedikdə insan elminə məlum olmayan obyektlər nəzərdə tutulur. Bunların sayı isə kifayət qədərdir. Quranda da buyrulur ki, Allah sizin bilmədiyiniz şeyləri yaradır.

Sual:
(5 essalamu aleykum.1)Ereb dilindeki dualar oxuruq ancaq tercumesini bilmirik bu ne derecede duzgundur?tercumesini bilmediyimiz dualari ve ayeleri oxumaq olar?Olu ucun yasin suresini Azerbaycan elifbasi ile oxuyub heiyye etmek olar?
Cavab:
Salamun ələykum. Çalışın oxuduğunuz dua və ayələrin tərcüməsini də oxuyun. Belə olduqda, nə dediyiniz haqqında məlumatınız çox olacaq. Olmasa da eybi yoxdur. Bəli, olar.

haqyolu.com


more post like this