Cavab:
Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
Zəm-zəm çeşməsinin suyu yalnız küçələrdə, mühacir afrikalılar tərəfindən satılır. Zəmzəm şəxslərin mülkiyyəti olmadığı üçün onun satılması düzgün deyil. Digər tərəfdən bu suların xalis Zəm-zəm olması ilə bağlı şübhələr mövcuddur.
Şəri baxımdan satılması düzgün olmayan bir çox təbərrük ünvanlı şeylərin müqabilində adətən hədiyyə olaraq pul alırlar. Dükanlarda Qurani-Kərimin müqabilində alınan pul da hədiyyə olaraq alınır. Peyğəmbərdən (s) bu məzmunda hədis nəql olunub-olunmaması araşdırılmalıdır.
* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

Sual:
(2 evvela Allahin salami sizlere olsun…sual budurki bildiymiz kimi Iran Iraq arasinda olan muharibede her iki terefde olan shiyeler var idi onlarin biri birleri ile muharibede dunyalarini deyisen her iki terefde olan shiyeler shehiddirmi? her ikisi shehidmi sayilir? eshiddiyime gore Imam xomeyni(r.h) onlarin her ikisini shehid adlandirib.. bu ne derecede duzdu?? cox sagolun
Cavab:
Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
Şəhidlik təkcə din-məzhəb, etiqadla ölçülmür. İnsanın şəhid sayılması üçün onun meydana hansı niyyətlə daxil olması şərtdir. İraq İran ərazisinə təcavüz etmişdi. Təcavüzkara qarşı müdafiə savaşında həyatını verən müvəhhidlər şəhiddir.
* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

haqyolu.com


more post like this