944. Su içirtmək

3041. Allahın Peyğəmbəri (s):«Kişinin öz arvadına su içirtməyinin savabı var.»[1]

3042. Allahın Peyğəmbəri (s):«Günahların çoxalanda, dalbadal təşnələrə su ver.»[2]

3043. İmam Səccad (ə):«Kim susamış möminə su versə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»[3]

3044. İmam Baqir (ə):«Kim təşnəyə bir ağız su içirtsə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»[4]

3045. İmam Baqir (ə):«Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır.»[5]

3046. İmam Sadiq (ə):«Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar.»[6]

 

945. Su verənə layiq olan cəhət

3047. Allahın Peyğəmbəri (s):«Camaata su verənin özü hamıdan axırda su  içməlidir.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Kənzul-Ummal, hədis 16380

[2] Kənzul-Ummal, hədis 16377

[3] əl-Kafi, c.2,səh. 201 , hədis 5

[4] Biharul-Ənvar,c.96,səh. 172 , hədis 8

[5] Biharul-Ənvar,c.96,səh. 173 , hədis 13

[6] Biharul-Ənvar,c.96,səh. 172 , hədis 8

[7] Biharul-Ənvar,c. 75, səh. 172 , hədis 24


more post like this