Deyerler.org: İnsanı Allahdan uzaqlaşdıran əxlaqi rəzilliklərdən biri də söz gəzdirməkdir. Söz gəzdirmək – yəni başqalarının arxasınca danışmaq, eybini axtarmaq, sözü başqalarına ötürməkdir.

Qurani-Kərim bu haqda buyurur: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İstəyirsinizmi ki, sizi aranızda olan ən pis insan barədə agah edim?”. Dedilər: “Bəli”. Həzrət (s) buyurdu: “Ən pis insan o kəsdir ki, söz gəzdirməyin ardınca gedər. O kəslər ki, dostlar arasında ayrılıq salar, saleh və iffətli insanların eybini axtararlar”.

Həzrət Rəsuli-Kərim (s) başqa yerdə buyurur: “Söz gəzdirən behiştə daxil olmaz”.

İmam Sadiq (ə) buyurur: “Ən böyük cadu – söz gəzdirməkdir. Çünki söz gəzdirməklə dostlar arasına ayrılıq salar. Dostlar bir-biri ilə düşmən olarlar. Onun vasitəsilə qan tökülər. Evlər viran olar, pərdələr yırtılar. Söz gəzdirən yer üzünə gələn ən pis insandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şeydə düz danışmaq çirkindir: söz gəzdirməkdə, bir kişiyə arvadı haqqında xoşagəlməz xəbər verməkdə, kiminsə xəbərini inkar etməkdə”.

Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: “Sizlərdən heç birinin haqqı yoxdur ki, dostlarımdan mənə nəyisə desin. Çünki istəyirəm ki, sizlərdən heç birinizin haqqında qəlbimdə bir şey olmadan yanınıza gəlim”.

İmam Sadiq (ə) buyurur: “Hər kim möminin ziyanına bir dastan deyər və qəsdi onun abrını aparmaq olarsa, Allah onu öz vilayətindən şeytanın vilayətinə qovar. Şeytan da onu qəbul etməz”.

(Tebyan/ Deyerler.org)


more post like this