Heyvanlarda və bitkilərdə süni mayalanma aparılmasının böyük tarixi var. İnsanlarda isə bu sayaq nəsil artımı yeni bir hadisədir. Hazırda qərbdə və Amerikada övlad istəyən qadınlar bu sayaq mayalandırılır. Onlar bu işdə hansı kişinin nütfəsindən istifadə olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Bu həm həmən qadının əri ola bilər, həm də başqa bir kişi.
Fransada bu məsələ qanunverici orqanlarla araşdırıldıqdan sonra belə bir qərar qəbul edildi ki, qadın və kişi bu işi görməkdə azaddır. Roma papası süni mayalanmanı qadağan etdi, Misirin böyük müftisi belə bir işi müsəlmanlar üçün haram buyurdu.
Qeyd etməliyik ki, süni mayalanma iki şəkildə baş verə bilər: 1. Qadın öz ərinin nütfəsi ilə mayalandırıla bilər; Mayalandırma üçün götrülmüş nütfə başqa bir kişiyə də aid ola bilər. Birinci hal İslamda mümkün sayılmışdır. Çünki qanuni nikahda olan ər və arvadın övlad istəyi qanuni bir istəkdir. Övladın hansı üsulla olması isə əsas sayılmır. Sadəcə mayalandırma aparılan zaman əməliyyatda biganə kişilər iştirak etməməlidir.
Amma biganə bir kişinin nütfəsi ilə hamilə olmaq istəyən qadını mayalandırmaq İslam baxımından haramdır. Bundan əlavə, bu iş əxlaqi, ictimai, insani cəhətdən də özünü doğrultmur. Biganə kişinin nütfəsi ilə mayalanmanın üç fəsadı ola bilər:
1. Bu iş qadındakı iffət hissini pozar və qadın qeyri-qanuni əlaqələrə meyl göstərər. Bu qadın elə düşünə bilər ki, zina ilə biganənin nütfəsi ilə mayalanma arasında elə bir fərq yoxdur. Bu yolla qadınların əxlaqsızlığa yuvarlanması ehtimalı böyükdür.
2. İctimai baxımdan bu məsələ ailə əsaslarına zərbə vurur. Cəmiyyətin nizamını təmin edən ailə qurumu ata, ana və övladdan ibarətdir. Əgər ailədə ata yoxdursa, bu ailəni normal hesab etmək olmaz. Doğulmuş uşaq yetkinlik yaşına çatdıqda onda təbii bir sual yarınır: Mən kimin oğluyam? Ona nə cavab verilməlidir? Atasız övladın pisixoloji sarsıntılara düçar olması labüddür. O təbii bir ehtiyacından məhrum edilmişdir.
3. Tərbiyədə təbii hisslərin rolu böyükdür. Həmin təbii hisslər səbəbindən ata övladının tərbiyəsi ilə məşğul olur, onun həyat ehtiyaclarını təmin edir. İnsan övladını o zaman dərin məhəbbətlə sevə bilir ki, onu öz canparəsi bilsin. Amma məlum olmayan bir şəxsin nütfəsindən yaranmış övlad hansı münasibətlə üzləşəcək? Belə bir uşağın sevilməsi də şübhə doğurur. NUR-AZ.COM


more post like this