islamic mənbələri

    1. home

    2. article

    3. Şöhrət

    Şöhrət

    Şöhrət
    Rate this post

     

    1059. Təqdir olunmuş şöhrət

    Quran

    «Məgər səni adlı-sanlı etmədikmi?»[1]

    «… və gələcək nəsillər arasında məni yaxşı ad-sanla tanıtdır.»[2]

    Hədis:

    3388. Alahın Peyğəmləri (s) (bir kişinin yaxşı bir iş gördüyünə görə xalqın onu tərifləməsi barədə sualının cavabında): «Bu, dünyada möminə gəlib çatan bir müjdədir.»[3]

    3389. Allahın Peyğəmbəri (s):«Allah-taala mənim ümmətimdən bir bəndəni sevəndə, seçilmiş bəndələrin qəlblərinə, mələklərin ruhlarına və Öz ərşinin sakinlərinin qəlblərinə onun məhəbbətini salar ki, onu sevsinlər. Budur həqiqətən sevilən insan.»[4]

     

    1060. Məzəmmət olunmuş şöhrət

    Quran

    «O axirət evini yer üzündə üstünlük (təkəbbürluk) və fəsad istəməyənlərə verəcəyik və gözəl aqibət təqvalılara məxsusdur.» [5]

    Hədis

    3390. Allahın Peyğəmbəri (s):«Allah tərəfindən pislikdən qorunan şəxsdən başqa, dininə və dünyasına görə xalq arasında barmaqla göstərilməsi bir şər olaraq insana bəsdir.» [6]

    3391. İmam Əli (ə):«Dünyada bir pillə yüksək məqama qalxmaq istəyən və qalxan elə bir bəndə yoxdur ki, Allah-taala axirətdə onu həmin pillədən də yüksək bir pillə aşağı endirməmiş olsun.»[7]

    3392. İmam Sadiq (ə) (mömini vəsf edərkən): «Mömin dünya izzətini arzulamaz və onun xarlığına dözümsüzluk göstərməz. İnsanlar dünyanın qəmini çəkməkdədir, onu isə axirətin fikri məşğul etmişdir.»[8]

     

    1061. Paltar və ibadətə görə şöhrətin pislənilməsi

    3393. İmam Sadiq (ə):«İnsana rüsvayçılıqda onun barmaqla göstərilməsinə səbəb olan paltar geyinməsi və ya barmaqla göstərilən miniyə minməsi bəsdir.»[9]

    3394. İmam Sadiq (ə):«Allah-taala iki şeyə görə məşhurluğu düşmən bilir:  Paltara və namaza görə məşhurluq.»[10]

    3395. İmam Sadiq (ə):«İbadətlə məşhurlaşmaq bədgümanlığa səbəb olar.»[11]

    3396. İmam Sadiq (ə):«Şöhrətin yaxşısı və pisi də oddadır.»[12]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Şərh, ayə 4

    [2] Şüəra, ayə 84

    [3] Səhihi-Muslim , hədis 2642

    [4] Biharul-Ənvar, c.70, səh. 24, hədis23

    [5] Qəsəs, ayə 83

    [6] Şərhi  Nəhcül-Bəlağə, c.2, səh. 181

    [7] Kənzul-Ummal, hədis 6144

    [8] Biharul-Ənvar, c.67,səh.271, hədis3

    [9] Biharul-Ənvar, c.78,səh.252 , hədis105

    [10] Mişkətul-Ənvar, səh. 320

    [11] Biharul-Ənvar, c.72,səh.297, hədis27

    [12] əl-Kafi, c.2,səh. 445, hədis3