Bəzi müstəhəb namazlara hədiyyə namazı deyilir. Həmçinin bəzi namazlar elə bu adlada hədislərdə mövcuddur. Aşağıda hədiyyə ünvanı ilə qılınan bir neçə namaza işarə edirik: 1- Hər gün vacib namazlardan sonra qıldığımız nafilə namazları hədiyyə namazı da adlanır. قال الصادق علیه السلام: «إِنَّمَا النَّافِلَةُ بِمَنْزِلَةِ الْهَدِيَّةِ مَتَى مَا أُتِيَ بِهَا قُبِلَتْ فَقَدِّمْ مِنْهَا مَا شِئْتَ وَ أَخِّرْ مِنْهَا مَا شِئْت». وسائل الشیعه، ج17، ص289، باب88؛ جواهر الکلام، ج7ص183؛ İmam Sadiq (ə) buyurur: “Nafilə namazı hədiyyə kimidir, nə vaxt qılsan qəbuldur, hansın istəyirsən əvvəldə qıl, hansın istəyirsən axırda qıl”. Yəni nafilə namazları bir hədiyyədir ki, vacib namazlardan qabaq və ya sonra qılınması fərqetməz. Əlbəttə Zöhr və Əsr namazlarının nafiləsi başqa hədislərə görə, onlardan sonra qılınmalıdır. (1. Vəsailuşşiə, cild 17, səh. 288 və 88-ci bölüm; 2. Cəvahirul-kəlam, cild 7, səh. 183). 2- Qəbrin birinci gecəsi qılınan və vəhşət (qorxu) namazı adlanan namaz, hədislərdə bu adla deyil, bəlkə “Hədiyyə namazı” adı ilə mövcuddur. Şeyx İbrahim bin Əli Amuli əl-Kəfəmi (vəfat:905 hq) “Əl-Misbah” kitabında (səh.411) yazır: “Dəfn gecəsinin hədiyyə namazı iki rəkətdir. Birinci rəkətdə “Həmd”dən sonra “Ayətəl-kursi” və ikinci rəkətdə “Həmd”dən sonra on dəfə “Qədr” surəsi oxunur. Namazın salamından sonra deyirsən: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəbəs səvabəha ila qəbri filan”. Və “filanın” yerinə vəfat etmiş şəxsin adını deyirsən. (Vəsayiluşşiə, cild-8, səh. 168, 44-cü bölüm, hədis:10328; Ürvətul-vusqa, cild-1, səh.444; Misbahul-fəqih, cild.5, səh.419) 3- Vəfat etmiş şəxsin qəza namazlarını icarəyə götürüb qılan şəxs də qıldığı namazın icarə pulunu nəzərə almadan, qıldığı namazı həmin ölüyə hədiyyə etsin. Əgər ölü sahibləri qıldığı namaza görə, ona pul versələr o, həmin pulu hədiyyə kimi qəbul etsin. Başqa sözlə desək ölmüş şəxsin qəza namazlarını qılıb, onun ruhuna hədiyyə etmək olar. Bu həmin ölüyə edilən başqa ehsanlardan daha üstündür. (Kəlimətut-təqva, cild.1, səh.674, məsələ:1368). 4- Ölülərə hədiyyə namazı: Hər kəs ölənlərinə bir şey ehsan etmək istəsə, iki rəkət namaz qılıb onların ruhuna hədiyyə edə bilər. Malik bin Dinar deyir: Bir qəbristanlığa girmişdim. Məna (ya röya) aləmində gördüm ki, qəbirlərdən göyə nur ucalır. Təəccüblə özlüyümdə dedim: Yəni Allah-taala bu qəbristanlıq əhlinin hamsının günahlarını bağışlamışdır? Bu zaman hatifdən (qeybdən) bir səda gəldi: “Bu möminlərdən birinin dünyadan getmiş mömin və müsəlmanlara hədiyyəsidir”. Malik deyir: Ona dedim: Səni and verirəm o Allaha ki, sənə danışmağa icazə verdi, de görüm bu hədiyyə nədir? Səs cavab verdi: Möminlərdən bir nəfər bu gecə iki rəkət namaz qıldı. Onun birinci rəkətində “həmd”dən sonra “Qul ya əyyuhəl kafirun” və ikinci rəkətində “həmd”dən sonra “Qul huvəllahu əhəd” surəsini oxudu və namazın salamından sonra belə dedi: “Əllahummə inni qəd vəhəbtu səvabəha liəhlil məqabiri minəl mominin” – İlahi mən bu namazın savabını möminlərdən olan qəbr sahiblərinə hədiyyə etdim”. (Ədəbe-huzur, səh.168). 5- Bundan başqa hədislərdə 14 məsumun (ə) hər biri üçün müxtəlif günlərdə hədiyyə namazları vardır. Məsələn: Cümə günü həzrət Peyğəmbərimiz (s), İmam Mehdi (ə) və həzrət Zəhra (s) üçün 6 rəkət (hər biri üçün iki rəkət) namaz qılıb hədiyyə edə bilərsən. Şənbə (altıncı gün) İmam Əli (ə) və imam Kazim (ə) üçün 4 rəkət hədiyyə namazı qılmaq savabdır. Həmçinin Cümə axşamı (4-cü gün) İmam Sadiq (ə) üçün iki rəkət namaz qılıb hədiyyə etmək savabdır. (Ər-rəsailul-uşr, İbn Fəhəd Hilli, səh.96). 6- Həmçinin hədislərdə bəzi şəxslər üçün məxsus hədiyyə namazları vardır ki, bəziləri aşağıdakılardır: 1)- İmam Əli (ə) namazı: Dörd rəkətdir. Hər rəkətdə “Həmd”dən sonra beş dəfə “Qul hu vəllahu əhəd” surəsini oxuyursan. 2)- Həzrət Zəhra (s) namazı: İki rəkətdir. Birinci rəkətdə həmddən sonra yuz dəfə “Qədr” surəsi və ikinci rəkətdə həmddən sonra yuz dəfə “ixlas” surəsi oxunur. Bu cür namazlardan məsumların hər biri üçün vardır. (Ər-rəsailul-uşr, İbn Fəhəd Hilli,
NUR-AZ.COM


more post like this