983. Siyasət

3158. İmam Əli (ə) :«Mülkün idarəçiliyi siyasətdir.»[1]

3159. İmam Əli(ə):«Başda oturanların bəlası siyasətdə acizlikdir.»[2]

3160. İmam Əli (ə):«Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.»[3]

3161. İmam Əli (ə) :«Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.»[4]

3162. İmam Əli (ə):«Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.»[5]

3163. İmam Əli (ə):«Pis tədbir tökmək viran olmağın səbəbidir.»[6]

3164. İmam Əli(ə):«Siyasətin me‘yarı ədalətdir.»[7]

3165. İmam Əli(ə) :«Mehribanlıq siyasətin başıdır.»[8]

3166. İmam Əli (ə):«Dözümlü olmaq siyasətin zinətidir.»[9]

 

984. Nəfsə hakim olmaq

3167. İmam Əli (ə):«Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.»[10]

3168. İmam Əli(ə):«Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.»[11]

3169. İmam Əli(ə):«Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.»[12]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Ğurərul-hikəm,hədis 17

[2] Ğurərul-hikəm,hədis 3931

[3] Ğurərul-hikəm,hədis 4820

[4] Ğurərul-hikəm,hədis 4818

[5] Ğurərul-hikəm,hədis 4821

[6] Ğurərul-hikəm,hədis 5571

[7] Ğurərul-hikəm,hədis 9714

[8] Ğurərul-hikəm,hədis 5266

[9] Ğurərul-hikəm,hədis 772

[10] Ğurərul-hikəm,hədis 8013

[11] Ğurərul-hikəm,hədis 5588

[12] Ğurərul-hikəm,hədis 9333


more post like this