922. Sirr saxlamaq

2960. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.»[1]

2961. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.»[2]

2962. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.»[3]

2963. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.»[4]

2964. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.»[5]

2965. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.»[6]

2966.  İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.»[7]

2967. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.»[8]

2968. İmam Əli (ə):«Sənin  sirrinin bilinməməsinin nə qorxusu var!?»[9]

2969. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.»[10]

2970. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.»[11]

2971. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.»[12]

2972. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz.  Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.»[13]

2973. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.»[14]

 

923. Sirri verməyə layiq olmayanlar

2974. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.»[15]

2975. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.»[16]

2976. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz:  qadına, söz gəzdirənə və axmağa.»[17]

2977. İmam Sadiq (ə):«Dörd şey bərbad olar:  ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.»[18]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nəhcül-Bəlağə, hikmət 162

[2] Nəhcül-Bəlağə, hikmət 48

[3] Ğurərul-Hikəm, hədis 5630

[4] Nəhcül-Bəlağə, hikmət 6

[5] Ğurərul-Hikəm, hədis 7197

[6] Ğurərul-Hikəm, hədis 2463

[7] Ğurərul-Hikəm, hədis 3284

[8] Biharul-Ənvar, c.77,səh. 235 , hədis 3

[9] Biharul-Ənvar, c.77,səh. 269 , hədis 1

[10] Ğurərul-Hikəm, hədis 8941

[11] Tuhəful-Uqul,səh. 315

[12] Biharul-Ənvar, c.75,səh. 71 , hədis 15

[13] Biharul-Ənvar, c.75,səh. 68 , hədis 2

[14] Biharul-Ənvar, c.75,səh. 71 , hədis 13

[15] Ğurərul-Hikəm,hədis 10265

[16] Ğurərul-Hikəm,hədis 10166

[17] Ğurərul-Hikəm,hədis 4662

[18] Biharul-Ənvar, c.75,səh. 69 , hədis 4


more post like this