islamic mənbələri

    1. home

    2. article

    3. Şirk

    Şirk

    Şirk
    Rate this post

     

     

    1009. Şirkdən çəkinmək

    Quran

    «Loğman öz oğluna nəsihət edəndə belə dedi:«Oğlum, Allaha şərik qoşma. Çünki şirk böyük zülmdür» [1]

    «Allah Ona şərik qoşmağı bağışlamaz. Bundan qeyri günahları isə, istədiyi şəxsə bağışlayar. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, çox azmışdır.»[2]

    Hədis

    3245. Allahın Peyğəmbəri (s):«Ey Məs‘udun oğlu! Məbada bir an Allaha şərik qoşasan. Hətta, səni mişarla kəssələr, ya oynağını oynağından ayırsalar, ya dar ağacından assalar, ya da odda yandırsalar belə.»[3]

     

    1010. Şirkin təlimi

    3246. İmam Sadiq (ə):«Bəni Üməyyə iman tə‘limini insanlar üçün azad buraxdı. Ancaq, şirkin tə‘limini azad buraxmadılar ki, insanları şirkə tərəf çəkəndə onu tanımasınlar.»[4]

     

    1011. Şirkin ən aşağı dərəcəsi

    3247. İmam Baqir (ə): -Şirkin ən aşağı dərəcəsi barədə sualın cavabında-  «Şirkin ən aşağı dərəcəsi budur ki, insan meyvə çərdəyinə «bu bir xırda daş parçasıdır», daş parçasına da «bu bir çərdəydir» desin. Sonra da, özünün bu sözünə inansın və ondan dönməsin.»[5]

    3248. İmam Sadiq (ə)- elə bu barədə-  «Öz rəyinə, əqidəsinə bidət gətirən, sonra da ona xatir sevən və düşmənçilik edən şəxsdir.»[6]

     

    1012. Gizli şirk

    Quran:

    «Və onların əksəriyyəti Allaha iman gətirsələr də, Ona şərik qoşarlar.»[7]

     

    Hədis

    3249. Allahın Peyğəmbəri (s):«Üzrxahlığa səbəb olan işdən çəkin. Çünki onda gizli bir şirk var.»[8]

    3250. İmam Sadiq (ə) -yuxarıdakı ayə barədə- «İnsan belə «əgər filankəs olmasaydı mən məhv olardım, filankəs olmasydı mən belə-elə olardım, filankəs omlasydı ailəm məhv olardı» deyəndə görmürsənmi ki, bu sözlərlə Allahın hakimiyyətində, ona ruzi verən, onu müdafiə edən, çətinlikləri ondan uzaqlaşdıran Allaha şərik qoşur?» Rəvayətçi deyir, ərz etdim:«Bəs «əgər Allah filankəsin vasitəsilə mənə kömək etməsəydi məhv olardım.» desə necə?» Buyurdu:«Bəli, belə desə eybi yoxdur.»[9]

    3251. İmam Sadiq (ə): – yuxarıdakı ayə barədə-  «Burada məqsəd, ibadətdə şirk deyil, itaətdə şirkdir.»[10]

    3252. İmam Sadiq (ə):«Həqiqətən, şirk qarışqanın hərəkətindən də gözə görünməzdir. Bir işi yada salmaq və bu kimi şeylər üçün üzüyün yerini dəyişmək gizli şirkdir.»[11]

    3253. İmam Sadiq (ə):- «onların əksəriyyəti iman gətirmir» ayəsi barədə-  «Onlar deyirdilər:«Filan ulduzun batması ilə və bəhmən ulduzun çıxması ilə yağış yağacaq. Yaxud da, falçılara muraciət edər və onların dediklərinə inanardılar. (Bunların hamısı gizli şirkdir).»[12]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Loğman, ayə  13

    [2] Nisa, ayə 116

    [3] Məkarimul-Əxlaq, c.2, səh. 357, hədis 2660

    [4] əl-Kafi, c.2, səh. 415, hədis 1

    [5] əl-Kafi, c.2, səh. 397, hədis 1

    [6] əl-Kafi, c.2, səh. 397, hədis 2

    [7] Yusif, ayə 116

    [8] Biharul-Ənvar, c.78,səh. 200 , hədis 28

    [9] Təfsirul-Əyyaşi, c.2,səh. 397 , hədis 96

    [10] əl-Kafi, c.2,səh. 397 , hədis 4

    [11] Məani-Əxbar,səh. 379 , hədis 1

    [12] Biharul-Ənvar, c.58,səh. 317 , hədis 8