Bütün nazik və sürüşkənliyi ilə Cəhənnəmin üzərindən uzanan və altında da Cəhənnəm atəşinin dilimləri dalğalanarkən gözünü qaldırıb Sırat körpüsünə baxdığın zaman ürəyinə dolan qorxunu təsəvvür edə bilərsən?

Bu nə müdhiş və dəhşətli bir mənzərədir! Üzərindən keçəcəyinə dəqiq olaraq əminsən və qorxudan bərəlmiş gözlərinlə Cəhənnəmin qaranlığına baxırsan. Atəş dalğalarının çırtıltısını və ta dərindən qabarmasının gurultusunu eşidirsən.

Mələklər o anlarda belə səslənər: ″Rəbbimiz, bunun üzərindən kimi keçirmək istəyirsən?″ Yenə səslənərlər: ″Rəbbimiz, Rəbbimiz! Sən qurtar, sən qurtar!″ O qorxunc, ətürpədən mənzərəyə baxarkən birdən belə əmr eşidilər: ″Çıxın körpüyə!″ Birdən-birə səninlə bərabər bütün məxluqatın ayağı altından torpağın yüksəlməsini hiss edərsən. Sonra olduğun yer başqa bir yerə çevrilər. Bütün məxluqat sanki ağappaq gümüşdən ibarət olan bir yerə yayılar.

 

Sonra sən bu dəhşətli körpünü seyr edərkən səninlə birlikdə hər kəsə belə deyilər: ″Çıxın körpünün üzərinə!″ Sənə bu – ″Körpüyə çıx!″ əmri verildiyi andakı həyəcan və qorxudan ürəyinin əsməsini təsəvvür et! Ağlın başından çıxar sanki. Sonra körpüyə çıxmaq üçün ayağının birini qaldırarsan. Ayağının altı ilə onun kəskinlik və nazikliyini hiss edərsən. Qorxudan ürəyin ağzına gələr. Sonra digər ayağını da körpünün üzərinə qoyub dikələrsən. İndi tam olaraq körpünün üzərində dayanmısan.

 

Siratda Günah Yükü.

 

Kürəyində daşıdığın günah yükün getdikcə ağırlaşmaqdadır. Qəlbinin qorxudan əsməsinə baxmayaraq, körpüdə yeriməyə başlamış və nəhayət zirvəyə çatmısan. Birdən körpünün yellənməsindən aşağıya doğru sürüşməyə başlayarsan. Aşağıda Cəhənnəmim qaynaması bütün insanları bir iztiraba sürükləmişdir. Önündən və arxandan insanlar ardı-ardına Cəhənnəmə yuvarlanmaqdadırlar.

 

Bu qorxu dolu anlarda öz halını bir anlıq düşün! Sənin önündən və arxandan gələn qadın və kişilərin ayaqları sürüşər və sən onların Cəhənnəmə vasil olmasını dəhşət içində izləyərsən. Başları önlərinə əyilmış, ayaqları namnazik körpünün üzərində hərəkət edən insan seli… Həqiqətən ürək ağrıdan bir səhnədir.

 

Mələklər bəzi kişilərin saqqallarından, bir qisim qadınların isə saçlarından yaxalamaqdadırlar.

Bəzi məxluqların isə boyunlarında halqalar vardır.

 

http://sualcavab.ge


more post like this