Sirat körpüsündən keçmək – nicat tapmağın axırıncı mərhələsidir. Sirat kürpüsü haqqında dəhşətli dastanlar nəql edilir. Elə əməllər vardır ki, Sirat körüpüsündən rahat keçməyə kömək edər.

Sirat cəhənnəmin üzərindən çəkilmiş körpünün adıdır. Bütün xəlq olmuşlar onun üzərindən keçməlidirlər. Ancaq hər bir insanın hesabı eyni olmayacaqdır. İmam Sadiq (ə) hədislərin birində buyurur: “Siratdan keçmək müxtəlif cür olacaqdır. Bəziləri işıq kimi, bəziləri külək kimi, bəziləri at çapar kimi, bəziləri qaçmaq kimi, bəziləri piyada getmək kimi və nəhayət bəziləri isə asılmış halda. Cəhənnəm atəşi bədənlərinin bir hissəsini bürüyər və bəzilərini də buraxar ki, keçsin”.

 

 

Hədislərdə oxuyuruq ki, Sirat körpüsü tükdən nazil və qılıncdan kəsici olacaqdır. Bu dünyada insnanın Allah yolunda irəliləməsi də elə bu cür olar. O kəslər ki, dünyada İmamət və Vilayət yolunun yolçularıdır, cəhənnəmin üzərindəki Sirat körpüsündən sağlam şəkildə keçərlər. Onlar bu dünyada əmmarə nəfsinin üzərinə çəkilmiş körpüdən keçirlər ki, insaniyyət məqamına nail olsunlar. O biri dünyada isə Sirat körpüsündən keçərək, behiştə daxil olarlar. Ancaq o kəslər ki, əmmarə nəfsinin əsiridirlər, şübhəsiz ki, Qiyamət günü də Sirat körpüsündən keçə bilməyəcəklər. Ona görə də necə ki, bu dünyda qəzəb, kin, düşmənçlik, fitnə atəşinə giriftar oluruq, Qiyamət günü də Sirat körpüsündən keçə bilməyəcəyik.

 

Əgər insan bu dünyada günahın yanından sürətlə keçib gedərsə, Qiyamət günü də Sirat körpüsündən işıq sürəti ilə keçəcəkdir. İnsan bu dünyada hər nə qədər saleh əməl sahibi, iman əhli olarsa, Qiyamət günü Sirat körpüsündən keçmək də bir o qədər rahat olar. Ancaq insan bu dünyada hər nə qədər pis əməl sahibi və İlahi əmrlərə qarşı çıxan olarsa, Sirat körpüsündən keçməsi də bir o qədər gec və yandırıcı olacaqdır.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Sirat cəhənnəm üzərindən çəkilmişdir və titrəyəndir”.

 

Hədislərdə Sirat iki mənada işlənmişdir. İslam dini və Məsum İmamlar (ə) kimi tanıdılmışdır, xüsusilə də İmam Əli (ə) kimi. İmam Sadiq (ə) Sirat haqqında buyurmuşdur: “Sirat Allah Təalanı tanımaq yoludur. İki cür olur: bu dünydaki Sirat və axirətdəki Sirat. Bu dünydakı Sirat həmin İmamdır ki, itaəti vacibdir. Hər kim bu dünyada onu tanıyarsa, dediklərinə əməl edərsə, axirətdə cəhənnəm üzərindən çəkilmiş Sirat körpüsündən keçər. Hər kim bu dünyada onu tanımırsa, Qiyamət günü addımları Sirat üzərində titrəyər və cəhənnəmə süqut edər”.

 

Ona görə də bu dünyada da Siratdan keçmək lazımdır ki, axirətdə Sirat körpüsündən keçmək mümkün olsun. İnsan hər dəqiqə İlahi Sirat körpüsündə addımlayar və əməli, əxlaqı Allahın və Peyğəmbərin (s) hüzurunda hazır olar. Ona görə də hər kim İslam dininə qədəm basarsa, sanki elə bir yolda addımlayar ki, tükdən nazik və qılıncdan iti olar. İmam Sadiq (ə) “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir” (“Fəcr”14) ayəsi haqqında belə buyurmuşdur: “Pusqu yeri həmin Sirat üzərindəki körpüdür ki, boynunda məzlumun haqqı olan heç kim ondan keçə bilməz”.

 

İmam Baqir (ə) Peyğəmbərdən (s) belə nəql edir: “Ey Əli! Qiyamət günü mən, sən və Cəbrayil (ə) sirat körpüsündə əyləşəcəyik. Oradan heç kəs keçməz, məgər o halda ki, sizin vilayətə etiqad bəslədiyinə aid əlində yazı (sənəd) olsun”.

 

Beləliklə deyə bilərik ki, Sirat körpüsü haqla batilin təcəssümdür. Ondan keçmək bu dünyadakı hərəkətimizdən və əməlimizidən asılıdır.

 

İnsan bir anlıq qəflətlə və əmmarə nəfsinə itaət edərək, düz yoldan ayrılar və yolunu azaraq, şeytanın davamçısı olar. Qiyamət günü bu insan Sirat körpüsündən keçə bilməz. Ancaq o kəs ki, bu dünyada İlahi əmrləri yerinə yetirib və İmamın (ə) vilayətini qəbul edibsə, iman və təqva əhlidisə, Sirat körpüsünü rahatlıq keçə biləcəkdir.

 

http://sualcavab.ge

 

 


more post like this