951. Silah düzəltməyin mukafatı

3061. Allahın Peyğəmbəri (s):«Allah-taala bir döyüş oxuna görə 3 nəfəri Cənnətə aparacaq: onu xeyir niyyətlə düzəldəni, onu atanı və bu oxu onun ixtiyarına verəni.»[1]

 

952. Silah və xeyir

Quran:

«Kafirlər sizin öz silahlarınızdan qafil olmadığınızı istəyirlər.»[2] 

Hədis

3062. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı qılıncda və qılıncın kölgəsi altındadır. İnsanları qılıncdan qeyri bir şey islah etməz. Qılınclar Cənnət və Cəhənnəmin açarlarıdır.»[3]

3063. Allahın Peyğəmbəri (s):«Cənnət qılıncların kölgəsi altındadır.»[4]

3064. İmam Sadiq (ə):«Allah-taala öz Rəsuluna on il İslamı insanlara dil ilə təbliğ etməyi əmr etdi. Amma onlar bu dini qəbul etməkdən boyun qaçırdılar. Nəhayət, ona müharibə fərmanını verdi. Buna əsasən, xeyir qılıncda və qılıncın kölgəsindədir. Əvvəldə belə olduğu kimi, yenidən bir daha belə olacaq.»[5]

 

953. Din düşmənlərinə silah satmağın qadağan olması

3065. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Ey Əli! Bu ümmətdən 10 nəfər böyük Allaha qarşı küfr edəndir:  ……. hərb əhli (müsəlmanlarla muharibə edən düşmənlərə) silah satan şəxs.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Sunəni əbi Davud,səh. 2513

[2] Nisa, ayə102

[3] Biharul-Ənvar,c.100,səh. 9 , hədis 10

[4] Kənzul-Ummal, hədis 10482

[5] əl-Kafi, c.5, səh.8 , hədis 7

[6] Mən la Yəhzuruhul-Fəqih, c.4, səh.356 , hədis 5762


more post like this