Od tutub bədənim atəş içində –

Yanıram, atəşə dəyanətim var.
Nə biləydim axı, a çərxi – fələk,
Sənin mənə qarşı xəyanətin var.

***

Neylədim ilahi, günahım nədir,
O xəbis nəzərlər qəlbimi didir.
Qeyrətim, namusum əlimdən gedir,
Nə biləydim axı, zəlalətim var.

***

Gözlərim tor görür, çaşıb əlhəmim,
Dərdim tüğyan edir, yoxdur məlhəmim.
Ölüm yatağına düşüb həmdəmim,
İndi o dünyaya “səyahətim” var.

***

Zəmanə əlindən, dövran əlindən,
O insan cildli şeytan əlindən,
Oğuldan, qohumdan, nankor əlindən,
O şahi – mərdana şikayətim var.

***

Dərmanın hardadır indi, Cəbrayıl?
Ürəyin dardadır indi, Cəbrayıl!
Üz tut, o Xudanın dərgahına sən,
Əlacın ordadır indi, Cəbrayıl.

23.02.1996.
Hacı Cəbrayıl Xıdırov
http://www.muselman.ws/


more post like this