Məsələ 2235: Əgər iki nəfər bir heyvanı şikar etsələr, biri müsəlman, digəri kafir olsa və yaxud biri Allahın adını desə, digəri bilərəkdən deməsə, vacib ehtiyata əsasən, o heyvan haramdır.
Məsələ 2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.
Məsələ 2237: Əgər qəsb edilmiş silah və yaxud itlə bir heyvanı ovlasa, şikar halaldır və onun malı hesab edilir. Lakin günah etmişdir, silah və yaxud itin icarə pulunu sahibinə verməlidir.
Məsələ 2238: Şikar etmək düzgün olan silah və yaxud qılıncla, əvvəldə deyilən şərtlərə uyğun, bir heyvanı iki parça edib, baş-boyun bir tərəfdə qalsa, əgər heyvan öləndən sonra çatsa və həmçinin diri olub, lakin başını kəsməyə vaxt az olsa, hər iki tərəf halaldır. Amma başı kəsməyə vaxt varsa, baş olmayan tərəf haramdır və baş olan tərəf şəriət hökmlərinə əsasən kəsilsə halaldır.
Məsələ 2239: Əgər şikar etmək düzgün olmayan üsulla, məsələn, tora salma, çubuq, daş və s. vasitə ilə bir heyvanı iki parça etsə, baş-boyun olmayan tərəf hər bir halda haramdır. Amma baş-boyun olan tərəf əgər diri olsa və onun başını şəriət göstərişlərinə uğun kəssələr halaldır.
Məsələ 2240: Bir heyvanın başını kəssələr və yaxud şikar edib qarnından diri bala çıxartsalar, əgər o balanın şəriət qaydalarına əsasən başını kəssələr halal, əks təqdirdə isə haramdır. Amma bala anasını şikar etmək və yaxud başını kəsməklə ölsə, onun qarnında ölsə halaldır, bir şərtlə ki, bala kamil şəkildə formalaşmış olmalı, bədənində tük, yun çıxmalıdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this