islamic mənbələri

    1. home

    2. article

    3. Sığınacaq vermək

    Sığınacaq vermək

    Sığınacaq vermək
    Rate this post

     

    201.Sığınacaq

    686.Allahın Peyğəmbəri (s):«Səndən öz canı üçün pənah və sığınacaq istəyəni öldürmə.»[1]

    687.Allahın Peyğəmbəri (s):«Mən birinin canına pənah və sığınacaq verib sonra onu öldürən kəsdən uzaq və bizaram, hətta əgər öldürülən kafir olsa belə.»[2]

     

    202.Əhdpeymana vəfa etmək

    688.İmam Əli (ə):«Əhd-peymanların mıxlarını möhkəm edin.»[3]

    689.İmam Əli (ə) Malik Əştərlə olan əhdnaməsində buyurmuşdur:«Əgər düşməninlə əhd-peyman bağlasan və ya ona pənah və aman libası geydirsən, əhdinə vəfa et və verdiyin pənah ilə peymanına riayət et, özünü verdiyin pənah və sığınacağa sipər et. Çünki insanlar ziddiyyətli istəklər və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfalı olmağı uca tutmaq kimi heç nə barəsində tam yekdil deyildirlər.»[4]

     

    203.Əhdpeyman pənahlara hörmətlə yanaşmaq

    690.Allahın Peyğəmbəri (s):«Mənim ümmətimin ən aşağı məqam sahibi onların hamısı tərəfindən pənah və sığınacaq verə bilər.»[5]

    691.Allahın Peyğəmbəri (s):«Müsəlmanlar qardaşdırlar, qanları bərabərdir, onların ən aşağı məqama malik olanı pənah verə bilər. Onlar yadlar qarşısında əlbir və müttəfiqdirlər.»[6]

     

    Mizanulhikmətin (xülasəsi)I cild

     



    [1] Kənzul-Ummal, hədis 10909

    [2] Kənzul-Ummal, hədis 10930

    [3] Nəhcül-Bəlağə, hikmət 155

    [4] Nəhcül-Bəlağə, məktub 53

    [5] Kənzul-Ummal, hədis 10932

    [6] Biharul-Ənvar, c.100, səh.46, hədis 6