1.Hədis kitablarında bəzən Kəsa hədisindən məqsədin əhli-sünnə və şiə alimləri tərəfindən İslam Peyğəməbrinin (səlləllahu ələyhi və alihi va səlləm) beş ev əhli haqqında təthir ayəsinə aid olan hədislər toplusuna deyilir. Bəzən isə həmin hədisdir ki, Əl-Müntəxəb, Məfatehul-cinan və sair kitablarda gəlib.
2. Həqiqi Kəsa hədisi həmin hədisdir ki, Ümmü Sələmənin evində nazil olmuş Təthir ayəsinin izahında, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) bu evdə beş nəfər ev-əhlini- yəni, Əli (əleyhis-salam), Fatimə (səlləllahu ələyhi və alihi va səlləm), Həsən (əleyhis-salam)və Hüseyni (əleyhis-salam) öz yanına çağırıb əbasının altında qərar verməsini açıqlayır. Bu hədisdə Əhli-Beyt (əleyhis-salam) nümunələrinin adları tamamilə açıqlanır. Bu rəvayət şiə və əhli-sünnə ravilərinin yanında qəti şəkildə nəql olunmuş hədislərdəndir. Səhabə və tabeinlərdən çoxu, o cümlədən, Əmirəl-möminin Əli (əleyhis-salam), İmam Həsən (əleyhis-salam), İmam Hüseyn (əleyhis-salam), Ümmu Sələmə və Ayişədən də belə hədis nəql olunmuşdur.
3. Bu hadisəni açıqlayan rəvayətlərin hamısı eyni ifadə ilə açıqlanmasa da ümumi şəkildə demək olar ki, bütün rəvayətlər əsl hadisəni təsdiqləyir.
4.İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi va səlləm) ən yaxın qohumları və xidmətçiləri şahid kimi bu hədisi nəql edirlər və Kəsa hadisəsindən xəbər verirlər.
5. Amma, bəzi kitablarda o cümlədən, Əvalimul-ulum, Əl-Müntəxəb, və Məfatehul-cinan kimi kitablarda Həzrəti Fatimədən (salamullahu ələyha) nəql olunan Kəsa hədisi mötəbər sayılmır.
6. Belə bir hədisin sənəd cəhətdən zəifliyini nəzərə alaraq heç bir mötəbər hədis kitablarında nəql olunmamışdır. Hətta adları rəvayətdə gələn bəzi rəvailərin adları hədis nəql edənlərin kitablarında da gəlməmişdir.Mərhum Şeyx Abbas Qumi özü də Müntəhal-amal kitabında bu mətləbi təsdiq etmişdir. Bəlkə də demək olar ki, belə bir hədisin Məfatehul-cinanda nəql olunması mühəddis Qumidən sonra təsadüf edir.
7. Məsum İmamların (əleyhimussalam) ali məqam və fəzilətlərini Quran və rəvayətləri axtarmaqla ələ gətirmək olar. Mötəbər mənabelərə müraciət etməklə bu haqda məlumat əldə etmək olar. NUR-AZ.COM


more post like this