Şeyx Rəcəbəli Xəyyatın ariflik məqamı hamıya məlumdur. Onun həyatı hikmət və kəramətlə dolu idi. Təbii ki, arifin həyatını bir kitabda əks etirmək mümkünsüzdür. Şeyxə həsr olunan dəyərli yazılar hələ onun məqamını tam şəkildə əhatə etmir. Ona görə də Şeyxin həyatında haqqında az danışılan, yaxud danışılmayan bəzi məqamları və söhbətləri oxucuların nəzərinə çatdırırıq.

Ölənlərin ruhuna hədiyyə göndərməyin əhəmiyyəti

Mərhum Hamid deyir:
Şeyx Rəcəbli deyirdi: “Mənim seyr-sülukda müvəffəqiyyətə nail olmağımın səbəblərindən biri də bu idi: Bir gün bir müstəhəb əməli yerinə yetirib, savabını ölənlərdən birinin ruhuna hədiyyə etdim. Bunun əvəzi olaraq, dünaysını dəyişmiş o mömin mənə dua etdi. Allah da onun duasını qəbul buyurub xüsusi nəzərlə məni hidayət etdi, mənə yolu göstərdi.”
***

Qəlb təkcə Allahın yeridir

Şeyx Əbdülkərim Hamid deyir:
Paltarlarımı yumuşdum. Onları sərmək üçün bir kəndir axtarırdım. Elə bu zaman Şeyx Rəcəbəli Xəyyatla rastlaşdım. O, mənə dedi: “Qəlbində kəndir görürəm. Düzdür ki, kənidrə ehtiyacın var. Amma ona qəlbində niyə yer vermisən? Qəlb təkcə Allahın yeridir, orada başqa bir şey yerləşməməldir.”

Şeyx Rəcəbəli və Fərhad

Cənab Şeyx Rəcəbəli bir gecə yuxuda Fərhadı gördu.
O, Fərhada dedi:
-Eşqdə belə bir istedada malik olduğun halda nə üçün Allaha aşiq olmadın? O vadiyə (Onun eşqinə) düşsəydin, (bilərdin ki,) Şirin hara, Yaradan hara?
Fərhad, bir soyuq ah çəkib dedi:
– Heyf ki, bizim dövrümüzdə hətta bir nəfər belə deməmişdi ki, Allaha aşiq olmaq olar. Bunu bilsəydim Şirinin yox, Allahın aşiqi olardım. Amma, Şeyx Rəcəbəli! Bunu bil ki, mən öldükdən sonra öz Şirinimə qovuşdum.
***
Allah aşiqi olmaq üçün üç əməl

Şeyx Rəcəbəli deyib:
Hər kəs Allah aşiqi olmaq istəsə, üç əməli yerinə yetirsin:
1. Quranla ünsiyyət.
2. Hafizlə tanışlıq və ünsiyyət. (Şeyx deyərdi ki, Hafiz imanın səkkiz dərəcəsini əldə etmişdir.)
3. Allah aşiqləri və ilahi ətirli adamlarla oturub-durmaq.

“Ya Səriər-rza” – nın anlamı (Ey tez razı olan!)

Cənab Şeyx Rəcəbəli deyib:
“ Bir axşam dostlar məclisə bir şəxs gətirmişdilər. Ona baxanda dəhşətə gəldim. O üç rəzil əxlaqına görə üç yırtıcı heyvan idi. (Simasında üç yırtıcı heyvan təcəssüm etmişdi.) Məclis sona çatdıqdan sonra baxıb gördüm ki, o şəxs insan şəklinə qayıdıb. O vaxtadək “ya səriər-rza”nın mənsını anlamırdım. Allah istəsə, bir məsclisdə bizim bütün pisliklərimizin üstündən xətt çəkə bilər.

İcazə

Cənab Şeyx Rəcəbəli deyib:
Xəstələnidiyim zaman dərmanlardan istifadə edirdim. Gördüm ki, dərmanlar deyir:
“Yəbnəl-Həsən! Şeyx Rəcəbəliyə təsir etməyə icazə veirirsiniz?” Ondan sonra anladım ki, dərmanlar İmam Zamanın (ə) icazəsi ilə xəstəliyi aradan qaldırır, şəfa verir.

Heyvanlarla danışmaq

Mərhum Hamid deyir:
Şeyx Rəcəbəli ilə birlikdə onun şagirdlərindən birinin mənzilinə getdik. Şagird dedi: Cənab Şeyx! Bu göyərçinlər yumurta qoyur. Amma (bala çıxarmaq üçün) onların üstündə dişi göyərçin oturmur. Yumurtalar da bir müddətdən sonra xarab olurlar. Bunun səbəbi nədir? O, bir qədər diqqət edib dedi: Bu dişi göyərçin deyir ki, mən ərimdən soyumuşam. Onun başqa bir dişi göyərçini var. Bəzən başqa damlarda oturur. Ona görə mən də onunla yaşamaq istəmirəm.

Şeyx Rəcəbəli və Gecə

Mərhum Hamid deyir:
Şeyx Rəcəbəli çox mehriban və canıyanan adam idi. Hamı ilə danışar, moizə edər, nəsihət verərdi. Onun hüzurnda çox rahatlıqla oturmaq olurdu. Amma gecə olanda, Şeyx Rəcəbəli daha heç kəsi tanımazdı. Bu zaman onun halı təəccüb doğuran və qəribə olurdu. Gecələri ardıcıl olaraq (Tanrıya) razü-niyazla keçirərdi.

Güclü təvəkkül

Bir gün Şeyx Rəcəbəli bir qrup şəxslə birlikdə saleh şəxslərdən birinin məzarını ziyarət etmək üçün gedirdi. Ona xəbər verdilər ki, (getdiyimiz) yol üstə olan körpü xarabdır və ondan keçmək olmaz. O isə dedi: Allaha təvəkkül edin!
Gedib oraya çatanda gördülər ki, körpü düzəlib.

Münasib olmayan adın təsiri

Şeyx Rəcəbəlinin yanına bir həkim gəlib dedi ki, mənim bir oğlum var, xəstədir. Həkim olmağıma baxmayaraq onun xəstəlyinin səbəbini bilmirəm və başqa həkimlər də bilmir. O, dedi:
Sənin oğlunun adı Kazım idi. Onun adını avaropalı adına dəyişəndə xəcalət çəkmədinmi?! Sən onun adını dəyişmədikcə xəstəliyi davam edəcək.

Pakistanlı dostu tanıtmaq

Dərvişlikdən üz çevirmiş bir pakistanlı Şeyx Rəcəbəli Xəyyata dedi: Bütün dərviş məclsilərinə getdim, dərvişlərdən hiylə və hoqqabazlıdan başqa bir şey görmədim. İndi yalqızam. Sizin nəzərinizcə Pakistanda kimlə dostluq edim? Şeyx Rəcəbəli başını aşağı saldı və dedi: Filan yer, filan küçə, filan ev və filan xüsusiyyətdə. (Bu yazıda, deyilən ünvan qısa olaraq filan adlanıb). Halbuki Şeyx Rəcəbəli heç vaxt Pakistana getməmişdi.

ceferiler.com


more post like this