Əllamə Məclisi İmam Rzadan (ə) belə hədis nəql etmişdir: “Şeytan Adəmin (ə) vaxtından Həzrət İsanın (ə) vaxtına qədər peyğəmbərlərə (ə) zahir olardı. Onlarla danışar və onlara sual verərdi. Peyğəmbərlər işərisində Həzrət Yəhya (ə) şeytanla daha çox ünsiyyət bağlamışdır. Bir gün Həzrət Yəhya (ə) ona deyir: “Ey Əbu Mərrə! Mən səndən bir şey istəyirəm”. Şeytan dedi: “Sənin məqamın ucadır və mən sənin sualına cavab verə bilmərəm. Elə bir şey soruş ki, onunla müxalifətlik etməyim”. Yəhya (ə) deyir: “İstəyirəm ki, bəni-Adəmi ovladığın tələləri mənə göstərəsən”.
O məlun qəbul edir və cavabı sonrakı günə saxlayır. Sabahısı günü Həzrət Yəhya (ə) evində şeytanı gözləyir. Birdən qarşısına bir sifət zahir olur və bu, meymuna oxşayırdı, bədəni donuz bədəni idi. Çənəsi və boynu yox idi. Dörd əli var idi: iki əli sinəsində, iki əli də çiynində idi. Ayağının arxa hissəsi qabaqda və dırnaqları da arxada idi. Əynində qəbası vardı, üzərindən də kəmər bağlamışdı. Bu kəmərin üzərindən müxtəlif rənglərdə zəncirlər asılmışdı. Bəziləri qırmızı və bəziləri də yaşıl rəngdə idi. Əlində böyük bir zəng tutmuşdu və üzərindən saxta qəlplər asılmışdı.
Həzrət Yəhya (ə) onu bu halda görəndə soruşur ki, belinə bağladığın kəmər nədir? Dedi: “Bu, bütpərəstlik və atəşpərəstlikdir ki, mən ixtira etmişəm və onu bəzəmişəm ki, insanlar rahatlıqla onu qəbul etsinlər”.
Soruşur: “Bu rəngli zəncirlər nədir?”. Dedi: “Bu fəsad törədən qadınlardır və onlar müxtəlif rənglərdə bəzənərək, insanları yolundan azdırırlar”.
Soruşur: “Bu zəng nədir?”. Deyir: “Bu şərab içənlərin keçirtdikləri ləzzətlərdir. Tar və kaman kimi alətlərdir. Şərab içən bunların səsini eşidən zaman rəqs edər, ya qarnına vurar, ya da paltarını soyunar”.
Yəhya (ə) soruşur: “Bəs səni ən çox nə sevindirir?”. Deyir: “O qadınlar ki, həyadan uzaqdırlar. Bu qadınlar mənim tələlərimdir. Məni lənətləyən zaman qadınların yanına gedirəm və onların vasitəsilə öz hacətimi yerinə yetirirəm”.
Yəhya (ə) soruşur ki, başındakı bu papaq nədir? Deyir: “Mən bu papaqla özümü yaxşıların lənətindən qoruyuram”. “Bəs bu qəlplər nədir?” Deyir: “Bu qəlplərin vasitəsilə yaxşı insanları aladadıb, özümə tərəf çəkirəm”.
Soruşur: “Heç olub ki, mənə tələ qurmusan?”. Deyir: “Yox, ancaq səndə elə bir xüsusiyyət vardır ki, mən onu çox sevirəm”.
Soruşur: “Bu, nədir?”, Deyir: “Yemək yeyən zaman tox olana qədər yeyirsən. Çox yeməyin nəticəsində ağırlaşırsan və ibadətə gec qalxırsan. Bu, məni sevindirir”.
Yəhya (ə) bu sözləri eşidən zaman deyir: “Bundan sonra Allahla əhd bağlayıram ki, heç bir zaman yeməyi doyunca yeməyəcəyəm”. Şeytan deyir: “Mən də Allahla əhd bağlayıram ki, bundan sonra heç bir müsəlmana nəsihət verməyəcəyəm ki, Qiyamətə çata biləm”.
Bu söhbətdən sonra şeytan Yəhyadan (ə) ayrılır və bir daha Yəhyanın (ə) yanına gəlmir”. (Erfan)
/Deyerler.org/

sualcavab.ge/tf


more post like this