1021. Şairləri məzəmmət edən ayələrin təfsiri

Quran

«Və şairlərə yolunu azmışlar tabe olarlar. Məgər görmürsənmi ki, onlar hər yerdə avara kimi dolanarlar? Yalnız iman gətirən, yaxşı işlər görən və Allahı çox yad edənlərdən başqa, əməl etmədikləri şeyləri danışarlar. Onlar zülmə məruz qaldıqlan sonra kömək istədilər.»[1]

Hədis:

3271. İmam Baqir (ə) (« şairlərə yolunu azmışlar…» ayəsi barədə): «Elə bir şair görmüsənmi ki, bir kimsə ona tabe olsun? Bu məzəmmət olunanlar, əslində dindən qeyri bir şey üçün elm öyrənənlər və nəticədə həm özləri yolu azan, həm də başqalarını azdıran camaatdır.»[2]

 

1022. Şe’r, dil ilə cihaddır

3272. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mömin öz qılıncı və dili ilə cihad edər. And olsun canım Onun qüdrət əlində olana, mömin şairlərin sözləri düşmənə vurulan ox kimidir.»[3]

3273. Allahın Peyğəmbəri (s) (Həssan ibn Sabitə): «Müşrikləri həcv yaz ki, Cəbrayıl səninlədir.»[4]

3274. Allahın Peyğəmbəri (s): «Bəzi şe’rlərdə hikmət var, bəzi bəyanlarsa ovsunlayıcıdır.»[5]

3275. İmam Sadiq (ə) :«Kim bizim barəmizdə bir beyt şe’r desə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»[6]

3276. İmam Sadiq (ə):«Bizim barəmizdə bir beyt şe’r deyən elə bir şair olmayıb ki, Müqəddəs Ruh ona kömək etməmiş olsun.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Şüəra, ayə 224-227

[2] Məani-Əxbar, səh 385, hədis 19

[3] Nurus-Səqəleyn, c.4, səh.70, hədis 105

[4] əd-Durrul-Mənsur, c.6, səh.336

[5] Əmali-Səduq, səh. 495, hədis 6

[6] Uyune Əxbari Rza, c.1, səh.7 , hədis 1

[7] Uyune Əxbari Rza, c.1, səh.7 , hədis 2


more post like this