Şiə və Əhli-sünnənin hədis tarixini  araşdıranda Peyğəmbərin (s) hədislərinin yazılması ilə bağlı müxtəlif fiklər, nəzəriyyələr, ideyalar və hadislərlə qarşılaşırıq. Əhli-beyt tərəfdarları Peyğəmbərin (s) və İmamların buyuruq və göstərişlərinə əməl edərək, bütün dövrlərdə hədislərin yazılmasına xüsusi diqqət göstərmiş və Peyğəmbərin(s) dövründən İmam Zamanın (ə.c) qeybət dövrünə qədər nəql olunan hədisləri  yazılı şəkildə bizə çatdırmışlar. Peyğəmbər (s) hədis yazmaq haqda belə buyurub: “Ümmətimdən hər kəs qırx hədis hifz etsə, qiyamət günü ona  şəfaət edəcəm.”

Amma Əhli-sünnədə bunun tam əksi müşahidə olunur. Onlar Peyğəmbərin (s) vəfatından Ömər ibn Əbdüləzizin hakimiyyətinə qədər ki, dövürdə Peyğəmbərin (s) hədislərini yazmağı qadağan etdilər.

Bu işi ilk dəfə Əbubəkr etdi. O, xəlifə olandan sonra Peyğəmbərin (s) hədislərin yazmağı qadağan etdi. Əbubəkr Peyğəmbərin (s) vəfatından sonra müsəlmanları topladı və onlara dedi: Siz Peyğəmbərdən (s) sonra ixtilafa düşəcəyiniz hədislər nəql edirsiniz. Sizdən sonra insanlar da  ixtilafa düşəcəklər. Buna görə də Peyğəmbərdən (s) hədis nəql etməyin. Hər kim sizdən bu haqda soruşsa deyin: Allahın kitabı bizim və sizin aramızdadır. Onun halalını halal, haramını haram bilin. (Təzkirətul-huffaz,c1,s3; Əzvaun ələs-sunnətil-muhəmmədiyyə, s.46)

Tarixdə qeyd olunur ki, Əbubəkrin yanında Peyğəmbərdən (s) 500-  hədis var idi.Onların hamısını yandırdı. ( Tədvinus-sunnətiş-şərifə,s246)

Əbubəkrdən sonra Ömər də onun yolun davam etdirdi. Zəhəbi bu haqda yazır: Ömər üç nəfəri İbn Məsud, Əbul-dərda, Əbu Məsudu həbs etdi və onlara dedi:Peyğəmbərdən çox hədis nəql edirsiniz. (Təzkirətul-huffaz,c1,s27)

Əbubəkr və Ömər  kimi Osman da bu qadağanı davam etdirdi.

Onlar öz etdiklərini izahında süst və  əsassız dəlillər gətirirlər. Amma işin həqiqətinə varanda onların qadağasının əsas  məqsədinin  tamamilə başqa bir şey olduğu dərk etmək olar.

Hədisin yazılma qadağası yüz ilə yaxın davam etdi. Bu yüz ildə İslama böyük və ağır zərbələr dəydi. Bunun nəticəsində böyük ixtilaflar və kəçişmələr yarandı.Məsələn: Rəy və qiyas məktəbinin yaranması,saxta və İsrail hədislərinin hədislərimizin arasına yol tapması. Saxta və İsrail hədisləri daha çox Əhli-sünnə mənbələrində müşahidə olunur. Buna misal olaraq Cənnətlə müjdələnmiş on şəxs, Əbuhüreyrənin nəql etdiyi soğan hədisi Həzrət Yusifin(ə) Züleyxa ilə zinaya cəhd etdiyi hədisi və s. göstərmək olar.

Onların kitablarında  belə hədislərin çox olmasının əsas səbəbi Əhli-beytdən uzaq düşmələri idi.Çünki Əhli-beyt bu məsələyə çox həssas idi və həmişə tərəfdarlarına zəif hədisləri tanıtdırır ya da onları tanımağın yolun öyrədirdilər.

Xəlifələrin bu hərəkəti saxta hədislərin geniş şəkildə yayılmasına səbəb oldu. Bu hadisə əhli-sünnənin kitablarında ixtilafa və çaşqınlığa səbəb olan hədislərin çoxalmasına imkan yaratdı.

islammektebi.org


more post like this