310.Savab

1012.İmam Əli (ə):«Sənin əməlinin savabı əməlin özündən üstündür.»[1]

1013.İmam Əli (ə):«Axirətin savab və mükafatı dünyanın əziyyət və çətinliklərini yaddan çıxarır.»[2]

1014.İmam Əli (ə):«Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini öz qəzəb və əzabından saxlamaq və öz Cənnətinə tərəf sövq etmək məqsədi ilə Ona itaət edənlər üçün savab və mükafat, Ona itaətsizlik edənlər üçün isə cəza müəyyənləşdirdi.»[3]

1015.İmam Əli (ə):«Əməlin savabı onun əziyyət və zəhməti qədərdir.»[4]

 

311.Ən böyük savab

1016.İmam Əli (ə):«Ən böyük savab insafın savabıdır.»[5]

1017.İmam Əli (ə):«Cihadın savabı ən üstün savabdır.»[6]

1018.İmam Əli (ə):«İki şeyin – əfv etmək və ədalətin savabının- ölçülməsi və çəkilməsi qeyri mümkündür.»[7]

 

312.»Filan işin savabı var» eşidən kəs

1019.İmam Baqir (ə):«Kim Allahın (hansısa) bir əməlin yerinə yetirilməsinə savab verməsini eşitsə və o savabı əldə etmək üçün həmin işi yerinə yetirsə, hədis o eşitdiyi kimi olmasa da, ona həmin savab veriləcəkdir.»[8]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Ğurərul-Hikəm, hədis 4688

[2] Ğurərul-Hikəm, hədis 4692

[3] Nəhcül-Bəlağə, hikmət 368

[4] Ğurərul-Hikəm, hədis 4690

[5] Ğurərul-Hikəm, hədis 3387

[6] Ğurərul-Hikəm, hədis 4695

[7] Ğurərul-Hikəm, hədis 5769

[8] əl-Kafi, c.2, səh.87, hədis 2


more post like this