Sual: 54. Bir şəxs iş qazancından ev alır və bir müddət yaşadıqdan sonra başqa bir ev tikmək üçün həmin evi satır. Xüms ili tamamlandıqdan sonra satılmış evin puluna xüms düşürmü?

Cavab: İmam (r): Satılmış evin puluna dərhal xüms düşür; evi başqa bir evlə əvəz etdikdə xümsü yoxdur.

Sistani, Təbrizi, Safi və Fazil: Satışdan olan qazanca (alış qiyməti və satış qiymətinin fərqi) xüms düşür.

Xamenei və Məkarim: Xümsü yoxdur.

Behcət və Nuri: Əgər satılmış evin pulu olmadan başqa bir ev hazırlaya bilmirsə, bu halda xüms ilinədək qalan pulun xümsü yoxdur.

Vəhid: Vacib ehtiyata əsasən satışda olan qazanca (alış və satış qiymətinin fərqinə) xüms düşür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this