Bəhruz Müsafir

Saqi süzdükcə şərab məst eləyir badə məni,

O meyin təsiridir eyləyən azadə məni.

 

Mənə eşq bəsləyən aşiqlərin ancağ özüyəm,

Bu gərəksizdir gedib axtara səhrada məni.

 

Nə gərəkdir ki, təkəbbürlü olum, çünki Xuda

Yaradıb xeyli mürəkkəblər üçün sadə məni.

 

Mən də zülm etmişəm öz nəfsimə agahdı sənə,

Kaş ataydın balığın qarnına dəryadə məni.

 

Kaş olaydım quru çöp boş bədən olmaqdansa

Səsləyəydi suda boğulan biri imdadə məni.

 

Ey Müsafir, desələr bir diləyin qəbul olur.

Dilə ki yarə qovuşdursun O üqbada məni.

 

* * *

 

 

Eşqin əsrarına məhrəm könül artıq usanır,

Yarı həsrətdə qoyubdur,bu səbəbdən utanır.

 

Dur xəyal adlı minik min,səfər et asimana,

Yerüzün çirkli görübdür ürək artıq bulanır.

 

Eşqin ən alisi qızmar qumun üstündə qalıb,

Kim gedir Kərbəlayəcan gedir, artıq dayanır.

 

Eşqin ilk mərhələsi Kərbübəla səhnəsidir,

Növbəti mərhələnin mənbəyi ordan yaranır.

 

O həmən Eşqdi ki, Haqq onun haqqında deyir,

“Daxil ol cənnətə” Cənnət sən üçün lovğalanır.

 

Bəhruza, hansı üz ilə dedin aşiq özünə,

Axı aşiq ola bilmir ürəyin, parçalanır.

 

* * *

 

 

Nə böyük lütf elədin Sən mənə can verməklə,

Öz qanından götürüb cismimə qan verməklə.

 

Məni məhv etmək əvəzində mənə lütf elədin,

Sonra bildim nədi qəsdin sən aman verməklə.

 

Bir xilaskar ola dərdini əlindən qopara,

Məni qəflətdən ayıltsın bir azan verməklə.

 

Ruhun azuqəsi cismimdən əzəl təmin ola,

Ruha qulluq edərəm, cismə ziyan verməklə.

 

Bəhruza, qəm yemə aləmdə tanınmaz qaldın,

Tanıdarsan özün, Allahı nişan verməklə.

 

* * *

 

 

Mənə bir kəs sual eylərsə əgər qəm nədir?

Dəyərəm, qəm mənə aləmdi, bəs aləm nədir?

 

Aləm öz məşuqunun bəxş eləyən hicr dəmi,

O gözəl dəmdi, sual etmə həmən dəm nədir!

 

Şaxta vurmuş əlini sürt bədənim qızdırsın,

Mən günəş parçasıyam, cüzi yanan şəm nədir?

 

“Ay” mənim ərşə çəkilmiş yuxumun əksi kimi,

Onu kim görsə dəyər qəddin olub xem, nədir?

 

Tuturam sənlə kəçən günlərimin cədvəlini,

Görürəm azlıq edir, sevgin olub kem, nədir?

 

Bəhruzu kim ki görür çöllü-biyabanda, deyir:

Yenə Mecnunmu dirilmiş ya bu sərsəm nədir?!

canderyasi.com


more post like this