Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi?

Hələ gənc ikən, Salman yaşadığı şəhərin hakiminin oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru dində olmayanların kəsdikləri heyvanların əti haramdır. Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez səhraya gedib, rahibin söylədiyi ilahi kəlamlardan feyz aparardılar.

Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib, süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək qərarına gəlsələr də, dostunun yubandığını görən Salman, yola düşdü.

İlk əvvəl rahiblə birgə Mosulda məskunlaşan Salman, bir müddət sonra öz müəllimi ilə birlikdə Beytül-müqəddəsə yola düşdü.

Bir gün Salmanı qəmli görən müəllim onun pərişanlığının səbəbini soruşanda, o, belə dedi: «Bütün yaxşılıqlar keçmiş nəsillərə qismət olub, peyğəmbərlərlə birgə yaşayıblar». Müəllimi ona təsəlli verib, son peyğəmbərin zühurunun hələ qarşıda olduğunu bildirdi.

Beytül-müqəddəsdən Mosula qayıdarkən, gözlənilməz hadisələr səbəbindən müəllimini itirən Salman bir ərəbə əsir düşdü. Ərəb Salmanı Mədinəyə gətirib, qul kimi satdı.

Bir gün Salman Mədinəyə gəlmiş bir şəxsin, özünü peyğəmbər kimi təqdim etdiyini eşitdi. Yubanmadan bu şəxsin olduğu yeri soraqlayan Salman, nəhayət, onu bir məclisdə tapdı. Salmanın son peyğəmbərin nişanələri haqqında kifayət qədər məlumatlı idi. Ətrafında xeyli insan toplanmış şəxsə yaxınlaşıb, bu əlamətləri yoxlamağa fürsət axtardı. Həmin şəxs qəlbi imanla dolu Salman ürəyini oxuyurmuş kimi, onu yaxına çağırdı və libasını çiynindən qaldırıb, ona nə isə göstərdi. Peyğəmbərlik möhrünü öz gözləri ilə görən Salmanda bir zərrə də şəkk qalmadı ki, qarşısındakı şəxs son peyğəmbərdir. http://sualcavab.ge

 

 


more post like this