Cavab: Salam olsun haqq yolda olanlara!
Hədisdə buyurulur: «Peyğəmbər (s) Təbuka yola düşərkən, Əlini (ə) öz yerində qoydu. Əli (ə) ərz etdi: «Məni uşaqlar və qadınlar arasında qoyursan?». Həzrət peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa üçün necə idisə, sən də mənim üçün elə olasan?!» Səhih Buxari cild-6 səh-3.
Peyğəmbər (s) Əhli-beyti Nuhun gəmisinə oxşatmışdır.
Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: «Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.»
Bu hədis «Səhih Müslim»- də «Səhih Buxari»- də və «Kənzül-Ümmal»- da nəql olunub.

İbni Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Göy ulduzları insanlarını yollarını azmasınlarından amanda saxladığı kimi mənim əhli beytimdə ümmətimi ixtilafa düşməkdən amanda saxlayır. Ərəblərdən onlara qarşı çıxıb ixtilaf yaratdıqları zaman İblisin dəstəsinə çevrilərlər.» Bu hədis də «Səhihi Müslüm» və «Səhihi Buxari» -dəndir.

Peyğəmbər (s) buyurur: «Nə qədər ki, məndən sonra 12 xəlifə var, İslam həmişə yaşayacaq». Bu hədis «Səhihi Müslim»- də 3-cü cild, səh: 1453; «Səhihi Buxari»- də 9-cu cild, səh: 81,
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this