Cavab: Salam olsun haqq yolda olanlara!
Quran ayəsinə əsasən İmamət məqamı nübuvvət məqamından üstündür. Əlbətdə bəzi peyğəmbərlərdə imamət məqamı olub o cümlədən İbrahim (ə) və Hz. Muhəmməd (s) peyğəmbər. İmamlar Hz. Muhəmməd (s) peyğəmbərdən üstün deyil. Nəbi yalınız öz misyasını yerinə yetirib xalqa umid, qorxu verəndir. İmam isə bunadan əlavə özü birbaşa əmr və göstəriş verən, qadağa qoyan, vəzifə təyin edən və cəmiyyəti düzgün idarəçiliklə kamala çatdıran rəhbərdir. Ona görə də görürük ki, həzrət İbrahim (ə) peyğəmbərlik zamanında çətin sınaqlardan sonra imamət məqamına yetişir. (“Bəqərə”, 124). Həzrət Məhəmməd (s) və bəzi digər peyğəmbərlər də imamət məqamına malik olmuşlar.
Həzrət İbrahimin (ə) çətin sınaqlardan sonra imamət məqamina nail olmasi, bu məqamın nubüvvət məqamından daha üstün olmasını göstərir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
SDalam aleykum sizden bir weyi deqiq hedislerle ve yaxud Quran ayaleriyle verdiyim sualin cavabini bilmek isderdim. Imamet meqami usdundur yoxsa Peygemberlik meqami. Xaiw elerem fektlarnan cavab isdiyirem
Cavab: Salam olsun haqq yolda olanlara!
Nəbi yalınız öz misyasını yerinə yetirib xalqa umid, qorxu verəndir. İmam isə bunadan əlavə özü birbaşa əmr və göstəriş verən, qadağa qoyan, vəzifə təyin edən və cəmiyyəti düzgün idarəçiliklə kamala çatdıran rəhbərdir. Ona görə də görürük ki, həzrət İbrahim (ə) peyğəmbərlik zamanında çətin sınaqlardan sonra imamət məqamına yetişir. (“Bəqərə”, 124). Həzrət Məhəmməd (s) və bəzi digər peyğəmbərlər də imamət məqamına malik olmuşlar.
Həzrət İbrahimin (ə) çətin sınaqlardan sonra imamət məqamina nail olmasi, bu məqamın nubüvvət məqamından daha üstün olmasını göstərir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salam aleykum . Xahiş edirem bu ayenin izahın vererdiz 4 Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.(mearic 4)
Cavab: Salam olsun haqq yolda olanlara!
Məaric 4. Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
Mələklərin ucalmaqları cismani deyil bəlkə mənəvi və ruhanidir. Əlli min il mələklərin ucalmaqı üçün sifət deyil bəlkə Qiyamət gününün sifətidir. Səcdə surəsi ayə 5 deyilir: O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
Bu ayədə Qiyamət günü üçün min il qeyd edir amma qabaqkı ayədə 50 min il, Əhli-beytdən (ə) nəql olan hədislərdə qeyd olunur: Qiyamət günündə 50 dayanacaq var ki, hər birinin müddəti 1000 il dünya ilinə bərabərdir, bəs 50 dayanacaq 50 min il qədərdir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salamaleykum, Suriyada vəhabilər qadınlarla cihad nikahı edirlər. Cihad nikahı nədir? Umimiyyətlə Əhli-Sünnədə və vəhabilərdə neçə nikah növləri var? Xahiş edirəm ətraflı açıqlama verin.
Cavab: Salam olsun haqq yolda olanlara!
Cihad nikahı budur ki, qadınlarda döyüş meydanına getsinlər amma vuruşmağa yox bəlkə mücahidlərin şəhvət ehtiyacını ödəmək üçün onlarla orda siğə etsinlər.
Müasir dövrdə vəhhabilər içində “əl-misyar” adlı nikah növüdə yaradılmışdır. Bu nikah cavanların cinsi problemlərini həll etmək məqsədi daşıyır. “Əl-misyar” “Qadın yanına getmək və bir müddət onun yanında qalmaq” – mənasında işlənir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyoolu.com


more post like this