Cavab:
Salamun əleykum.Qüds islamda müqəddəs bir məkandır.Peyğəmbərlərin bir çoxu bu məkanda yaşayıb və dəfn olublar.Hicrətin ikinci ilinədək müsəlmanlarin ilk qibləsi olub.Peyğəmbər Beytul-müqəddəsdən meraca gedib.əl-isra surəsi ayə 1.Allah Quranda bu məkanı mübarək və müqəddəs hesab edir.əl-isra surəsi ayə 1.Kənanilərin qalası olmuş Qüdsü e.ə.təqribən 1000-ci ildə Davud Peyğəmbər almışdır.O,bu şəhərdə Beytul-müqəddəsi inşa etsə də tamamlaya bilmədi.Atasının yerinə keçən Həzrət Süleyman ə yarımçıq qalmış Məscidi-əqsanın tikinti işlərini yekunlaşdırdı.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual:
(2 salam.bilmək isttərdim İmam Xumeyni irana geləndə hansi ölkədən gəlir.Birdə ruslarin imamın gəlişində rolu,köməyi və pılanı olur.Hansı ölkənin təyyarəsiylə uçur.təşəkkür edirəm.
Cavab:
Salamun ələykum. İmam Xomeyni (rə) İrana Frans AİR hava yolları şirkətinin təyyarəsilə Fransadan gəldi. O zamankı SSRİ Amerikanın regiondakı, xüsusilə də İrandakı gücünü zəiflətmək istəyirdi. Amma, İslam İnqilabına kömək etmək yolu ilə yox. Komunistlər İranda “tudei”lər (“xalq hərəkatı” adı altında gizlənmiş kommunizm) ilə hakimiyyətə gəlmək istəyirdilər. Amma, Allahn yardımı ilə İslam İnqilabı qələbə çaldı.

Sual:
(3 Salam.Həzrət Əlinin ə qızı Ümmi Gülsümün Ömərlə evlənməyi doğrudur?Alimlərin nəzəri nədir?təşəkkür edirəm.
Cavab:
Salamun ələykum. Tarixi mənbələrdə belə bir hadisə var. Sünnilər bunu Ömərə fəzilət sayırlar. İmam Əli (ə) ilə onun dostluğu kimi cilvələndirirlər. Amma, sünnilərin bu barədə nəql etdikləri hədislər olduqca ziddiyyətlidir. Həm sənəd, həm də mətn baxımından zəifdirlər. Şiə mənbələrinə əsasən isə, İmam Əli (ə) bu işə məcbur edilib. İmam Baqir (ə) bu hadisə ilə bağlı buyurub: “Bu bizdən qəsb edilmiş namusdur”.

Sual:
(4 Allahin salami olsun sizlere. Xanim Fatime s.e-ni qapinin dalinda sixanda, Eli(e) harda idi? ve hansi sebebe qapini acmaga Xanim getdi? Xaiw edirem bir az etrafli yazasiniiz inwallah.
Cavab:
Salamun ələykum. O zaman İmam Əli (ə), Salman, Əbuzər, Miqdad və Zübeyr İmam Əlinin (ə) evində idilər. Vilayət haqqının qəsb edilməsi, məcburi beyət, İslam və müsəlmanların gələcək məsələlərini müzakirə edirdilər. Onlar İmam Əlini (ə) məcburi beyətə (istəsən də, istəməsəndə) çağırırdılar. Çöldən qışqıraraq evi yandırmaqla təhdid edirdilər. Xanım Zəhranın (s.ə.) qapını açmağa çıxmasına səbəb isə, onların bəlkə də utandırılıb geri qaytarılması idi. Amma, onlar utanmadılar. Xanım öz atasını da səslədi. Bəziləri bu nalədən sonra geri qayıtsa da, bəziləri orada qaldılar və məlum cinayəti törətdilər.

Sual:
(5 Salamunaleykum. Niye gore “ALLAH, Muhammed ya Ali” ifadesinde ” ya” sozu mehz Ali (e.s.)nin adinin yaninda qerar tutub?yeni niye ALLAHA deyil, sanki Ali (e.s.)e muraciet edermish kimi?Chox sag olun.ALLAH razi olsun.
Cavab:
Salamun ələykum. Bu məsələ daha çox əcəm xalqların dilində belə deyilir. Ərəblərdə “Ya” nidası nida ediləndən, çağırılandan öncə gəlir. Məsələn: Ya Allahu, Ya Muhəmmədu, Ya Əliyyu. Fərəc duasında da belə bir cümlə var: “Ya Muhəmmədu ya Əliyyu, ya Əliyyu ya Muhəmməd”. Bir də,bu deyimdə məqdsəd Allaha Peyğəmbər (s) və İmam Əlini (ə) təvəssül gətirmək olmalıdır.

haqyolu.com


more post like this