Cavab: Salam olsun haqq yolda olanlara!
Hədis İmam Sadiqdəndir (ə). Höccətdən məqsəd məsum imamdır ki, Allah-təala onun nurun bütün kainatdan qabaq yaradıb və bu nur həmişə var. Mümkündür belə məna edək ki, əvvəlin şəxs ki yaranır Allahın höccətidir Hz. Adəm (ə) və axrıncı şəxs ki, yer üzündə dünyasın dəyişəcək yenədə Allahın höccəti olacaq.
عَنِ الصَّادق عليه السلام قال:
الْحُجَّةُ قَبْلَ الْخَلْقِ وَ مَعَ الْخَلْقِ وَ بَعْدَ الْخَلْقِ
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

(3
Salam…Nə üçün İsa Peyğəmbərə əleyhissalam) Məsih deyilir?
Cavab: Salam olsun haqq yolda olanlara!
Allah-təala tərəfindən İsaya (ə) dünyaya gəlməmişdən öncə bu ad verilib. Məsih kəlməsi ibri dilində olan məşiha kəlməsində götürülüb. İbri dilində bu kəlmənin mənalarından biri mübarəkdir.
Ali-İmran surəsi ayə 45. (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salam eleykum zehmet olmasa,Adem peygemberin (e) neslinin artmasinin nece oldugunu yazardiniz.Oglanlari kimlerle evlendiler ki,nesil coxaldi?Diger peygemberlere (e) ve Ehli-beytlerine (e) nece salam gondermek olar?Allah razi olsun!
Cavab: Salam olsun haqq yolda olanlara!
«Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun».
İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər məlumat verir. Buna baxmayaraq, İslam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.
Bu sualınıza təfsir kitablarında və din alimlərinin nəzəriyyələrində bir neçə variantda cavab verilib. Onlardan ən düz hesab olunanı budur ki, peyğəmbərin evladları bacı və qadaş olmaqla 4 ekiz uşaq olub. Onlardan Habil, Qabilin əkiz bacısı ilə, Qabil isə Habilin əkiz bacısı ilə evlənib və buyolla adəmin nəsili artıb. Bacı ilə qardaşın evliliyi İslamda böyük günahlardan sayılsa da, o vaxt nəsilin artması üçün zəruri olub, bundan sonra isə məhrəmlərin evliliyi haram edilib
Bir qrup alimin fikrinə görə isə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.
Başqa nəzəriyyədə budur ki, Allah-təala insan sifətində hurilər göndərdi, Adəmin övladları onlarla evləndi və nəsilləri çoxaldı.
Hər dildə salam göndərilsə kifayət edər.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
salamun alaykum…dovwan eti ve donuz etinin yeyilmesinin haramliginin illeti ve piwik tuku paltarinda olduqu halda namaz qilarsansa namazin batildir hokumunun illeti,felsefesi,sebebi nedir.?
Cavab: Salam olsun haqq yolda olanlara!
Donuz əti nə üçün haramdır?
Cavab: «Bəqərə» surəsinin 173-cü ayəsində belə buyurulur: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar, onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə buyurulur: «Qan içən insanların qəlbi o qədər daşlaşır ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə çəkinmirlər».
Donuz ətindən ən çox istifadə edən avropalılar arasında donuz, qeyrətsizlik simvoludur. Əgər heyvanat aləminin cinsi həyatını diqqətlə izləyə bilsək, donuzun cinsi həyatında heç bir hədd-hüduda təsadüf etmərik. Donuz ətindən istifadə edən insanlar, adətən, ailədə namus məsələlərinə biganə olur.
Donuz ətini Həzrəti Musa (ə) da haram bildirmişdir. İncildə günahkarlar donuza oxşadılır və məhz bu heyvan, şeytanın təcəssümü hesab edilir.
Bu heyvan çox vaxt öz ifrazatı ilə qidalandığından, insan sağlamlığı üçün çox qorxulu olan iki növ parazit daşıyıcısıdır. Bir ayda on beş min yumurta qoyan bu qurdlar insan orqanizminə düşdükdə, qan çatışmamazlığı, dizenteriya, revmatizm və bir çox digər xəstəliklərə səbəb olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta qoya bilir. Bir çox ölkələrdə, o cümlədən Rusiyada uyğun xəstəliklər səbəbindən qısa müddətli də olsa, dəfələrlə donuz ətinin istifadəsi qadağan edilmişdir.
Keçmiş günahkar millətlərin Allah-taalanın əzab göndərməsi nəticəsində bir sıra çevrildiyi heyvanların ətindən yemək haramdır. Buna misal olaraq fil, meymun, donuz, ayı, dovşan və s. heyvanlardan ad çəkmək olar.
demək lazımdır ki, namaz qılanın paltarı, əti haram olan heyvanın əczasından olmamalıdır. Məlumdur ki, pişik əti haram olan heyvanlardandır. Mərcələrin çoxu buyurublar: Hətta o heyvanın bir tükü namaz qılanın üstündə olsa, onun namazı batildir.
Dini kitablarda bütün hökümlərin fəlsəfəsi qeyd olunmamışdır.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this