Cavab: Salam olsun haqq yolda olanlara!
1) İstiğfar edin və Allahdan bağışlanmaq diləyin, əsəbi halda içilən anda əməl etmək vacib deyil.
2) Oruc kimi namazda vacibdir, əgər oruc tutsanız vacibin biri boynuvuzdan götürülür. Amma bir şeyi nəzərə almaq lazımdır ki, orucun düz olmağı və insanın üzərindən götürülməyinin mənası bu deyil ki, Allah dərgahındada qəbul olur. Allah yalnız təqvalı insanlardan əməli qəbul edir.
3) Bu təqdir və qəzayi ilahidir, amma bunun mənası bu deyil ki, bu işdə kimsə günahkar deyil və gərək baş verməlidir. Allahın xəbəri olmaq kimisə bu işi görməyə məcbur etmir. Əgər müəllim öz təcrübəsi ilə bilirsə flan şagird bu il sinifdə qalacaq, müəllimin bilməyi o şagirdi sinifdə saxlamır bəlkə onun dərs oxumamağı buna səbəb olur.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salam Aleykum. Bilmek isterdim men Quran oxuyarken rahatliq, sakitlik tapiram. Sevincek oluram. Bu heqiqetenmi beledi? Yoxsa men Qurani teze basladiqim üçünmü beledi? Zehmet deyilse cavablandirin ve Quranin feziletleri haqqinda bilmek isterdim.
Cavab: Salam olsun haqq yolda olanlara!
Həzrət Peyğəmbəri-Əkrəm (s) Salman Farsiyə buyurmuşdur: “Ey Salman! Sənə Quran oxumağı tövsiyə edirəm, çünki Quran oxumaq cəhənnəm odunun qalxanıdır, insanı əzabdan saxlayır və günahların kəffarəsi sayılır… Mömin şəxs Quran oxuyanda Allah-taala ona rəhmət nəzərilə baxır.”
Ər-Rəd surəsi ayə 28. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Mene zehmet olmasa 21-ci surenin 30-cu ayesinin tesfiri haqqinda melumat verin
Cavab: Salam olsun haqq yolda olanlara!
AYƏ 30:
أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ
“Kafirlər görmürlərmi ki, göylərlə yer bir-birinə bitişik ikən Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Yenədəmi iman gətirməzlər?”
Nöqtələr
Göylərin və yerin bitişikliyi və bir-birindən ayrılması ilə bağlı müxtəlif izahatlar var:
a) Yer və göy yaranışın əvvəlində eyni kütlə idi. Böyük qaz toplumu olan bu kütlə daxili partlayışlar və hərəkətlər nəticəsində tədricən bir-birindən ayrılmışdır.
b) Göyün və yerin ilkin maddəsi əvvəlcə eyni olub. Zaman ötdükcə onlar yeni forma alıb.
v) Göyün bağlı olması dedikdə, yağıntının olmaması, yerin bağlı olması dedikdə, otların cücərməməsi nəzərdə tutulur. Allah bu bağlılıqları açmış, səmadan yağış nazil etmiş, yerdən otlar cücərtmişdir.[549]
Su insan və heyvanın yaranış qaynağıdır. İnsan və heyvan orqanizminin 70%-ni su təşkil edir. Otların həyatı sudan asılıdır.
Bildirişlər
1. Təbiətin məqsədli müşahidəsi iman əldən etmək üçün vasitədir.
2. Təbiət aləminin fərqli dövrləri olmuşdur.
3. Cansızlıq və bağlılıqda fayda yoxdur. Həyat qaynağı açılışdır.
4. Bütün canlı varlıqların başlanğıcı sudandır.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this