Cavab: Salam olsun haqq yolda olanlara! Yasin surəsin ölüyə oxumaqlıq Quranda yoxdur və doğrudur ki Yasin surəsi ümumiyyətlə Quran diri üçün göndərilib. Amma Qurandan faydalanmaq yalnız zahiri deyil Quaranın mənəvi faydalarıda var, Quran qəlblər üçün şəfadır, Quran ilahi rəhmətdir, Quran oxumaq savabdır və bağışlanmaqa səbəb olar. Ölüyədə Quranın savabı hədiyyə edilir mənası və məfhumu isə dirilər üçündür. İslam şəriətinin hamısı Quranda yazılmayıb bəlkə Quranın kənarında hədislərdə var məsəl üçün namazı neçə rükət qılmaq Quranda yox hədisdə gəlib. Hədislərdə Yasin surəsin oxuyub savabın ölülərə hədiyyə etmək sifarış olunub. Əhli sünnədən nəql olunmuş hədislərı “Haqq Yolu” kitabxanasında yerləşdirilmiş kitabdan oxuyun: Kitabın adı: 14 sual-14 cavab 14 cü sual səh 22 Mövzu: Etiqad Müəllif: Tədqiqat qrupu http://www.haqqyolu.org/kitabxana/read.php?id=20090106023211 Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

\
haqyolu.com


more post like this