Cavab:
Allahın salam və rəhməti olsun sizə.
Uşaqların yalan deməklərinin səbəblərini tapın və onları ardan qaldırın. Uşaqlar müxtəlif səbəblərdən yalan danışırlar.
– Qorxu, təhqir olmaq, döyülmək, valideynin məhəbbətsizliyi, məhdudiyyət və s.
Bir neçə tövsiyə:
– Çalışın heç vaxt uşaqlar sizdən yalan eşıtməsinlər hətta zarafatla olsa belə (telfon zəng çalır, qapı döyülür uşaqa deyirik cavab ver denə atam yatıb ya evdə yoxdu və s.) Əgər söz versəniz əməl edin. Övlada əmələn göstərin ki heç vaxt gərək yalan danışılmasın. Uşaqlara ülgü və nümunə olun. Valideyinlər biri-birinə yalan deyəndə həqiqətdə yalanı uşağa öyrədirlər.
– Uşaq düz danışdıqda təşviq edin, Uşağınıza “yalançı” damğasını vurmaqdan qaçın.heç vaxt yalan danışırsan ifadəsin işlətməyin.
– Düz danışdıqda təhqir etməyin döyüb danlamayın bəlkə yol göstərin və nəsihət edin. Uşaq görür desə ki şüşəni mən sındırmışam valideyin əsəbləşəcək, təhqir olunacaq, döyüləcək və s. Bu işlər baş verməsin deyə yalana məcbur olur.
– Uşaqdan elə suallar soruşmayın ki yalan cavab verməyə məcbur olsunlar.
– Uşaqları başqaları ilə müqayisə etməyin bu səbəb olur ki uşaqlarda həsəd hissi oyansın və ata-ananı qane etmək üçün yalan danışsın.
– Uşaqlara yaxşı qulaq asın qoyun rahat çəkinmədən sözlərini desinlər öz hislərini azad bəyan etsinlər. Çox zaman valideynlər uşaqların fikirlərinə qarşı saymamazlıq edirlər və bu zaman da uşaq öz düşüncələrini gizlədir,və ailəsinin fikirlərini bəyəndiyini söyləyərək yalan danışır.
– Uşaqlarla dost və səmimi olun qayğı göstərin qara qabağ , ciddi, hirsli vəziyətdə rəftar etməyin. Onlara vaxt ayırın uşaqla uşaq kimi olun. Dərs kimi əyləncə və oynamaqlarınada əhəmiyyət verin.
– Valideyn uşağa normadan artıq və gərəksiz qadağalar qoymamalıdır. Bu qadağalar qoyulduqda uşaq yalan danışmağa başlayır. Uşağa qoyulan qadağanın səbəbi anladılmalı,ortaq qərarlar qəbul edilməlidir.
– Bacardıqları qədər onlardan tələb edin.
– Uşağın hər davranışına müdaxilə etmək uşaqda mənfi hisslər yaradır.
– Tez barışın uşaqlarla, günahlarından tez keçin və s.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

 

haqyolu.com


more post like this